Şənbə , Noyabr 28 2020
Ana səhifə / Manşet / Naxçıvanlıları və ermənistanlıları “vururlar”? – Baş redaktor yazır…

Naxçıvanlıları və ermənistanlıları “vururlar”? – Baş redaktor yazır…

“Tanış naxçıvanlılarımızdan biri məndən “bəs bu barədə sən nə düşünürsən?” deyə soruşanda tək onun yox, bir çoxlarının bu cür yanlış fikirlər içində ola biləcəyini düşünərək qərara aldım ki, cavabımı həm də ictimailəşdirim.

Azinforum.az xəbər verir ki, bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. O, əmin olduğunu bildirib ki, o naxçıvanlı tanışı ilə eyni sırada olanların yox, məhz öz düşüncəsində olanların mövqeyi dövlətçiliyə söykənir.

“Naxçıvanlı tanışa dediklərimi olduğu kimi təkrar edirəm. Ondan soruşdum:

– Korrupsiyada, rüşvət alıb verməkdə, kiminsə talançı biznesini himayə etməkdə, qabiliyyəti oldu olmadı qohumlarını vəzifələrə irəli çəkməkdə, hökumətin içindəki proseslərdən kənar və onlara zidd oyunlar qurmaqda, sahibkarlardan qanunsuz haqq yığmaqda, vəzifədən sui-istifadə etməkdə və bu sayaq başqa nadürüst əməllərdə hər hansı iştirak və ya marağın varmı, olubmu? Şəxsən sənin özünü incidən, təqib edən varmı?”

Cavab verdi:

– Hardan, mən sadə bir məmuram, belə şeylərdən bilmərrə uzağam, işimi görürəm…

Davam etdim:

– O adamlardan sənə nə? Mənə nə? Belə əməllərə görə vurulan naxçıvanlının, ermənistanlının nə naxçıvanlılığa, nə Qərbi Azərbaycanlılığa, nə də ümumən azərbaycançılığa və dövlətçiliyə heç bir bağlılığı yoxdur, ola da bilməz. Belə əməl sahibləri haralı olmasından asılı olmayaraq qanunla “vurulmağı “haqq edirlər.

Onların əslində nə region, nə dövlət, nə də vətən təəssübkeşliyi var. Təəssübkeşlik ifadəsindən isə sənin kimi saf və siyasətdən uzaq insanları öz çirkin siyasi niyyətlərinin alətinə çevirmək üçün istifadə edirlər. İstəyirsən iqtidarçılıq elə, istəyirsən müxalifətçilik elə, tək dövlətçiliyi unutma və ona qarşı getmə. Ömrü boyu talançılıq və xalqa pislik edənlərin ifşa olunma anında saldıqları “naxçıvanlı-ermənistanlı vuruldu” kimi haray-həşirlərinin sadə naxçıvanlılara və Qərbi azərbaycanlılara qəti aidiyyatı yoxdur. Dövlətçilik mövqeyində səf tutan bu sadə zümrə üçün heç bir təqib və ya vurulma təhlükəsi yoxdur və olmayacaq”.

Həmçinin oxuyun

“Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir”

Fransa Senatında “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü …