Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Naxçıvanın Baş nazirinin sabiq müavini doğma kəndi barədə nə yazdı ? – FOTO

Naxçıvanın Baş nazirinin sabiq müavini doğma kəndi barədə nə yazdı ? – FOTO

Naxçıvan Muxtar Respublikasında bir sıra mühüm dövlət postlarında çalışmış, sonuncu iş yeri isə MR Baş nazirinin müavini olmuş Məmməd Abbasov doğulub, boya-başa çatdığı Şərur rayonunun Çərçiboğan kəndi ilə bağlı maraqlı tarixi araşdırmanı təqdim edib. Azinforum.az Məmməd Abbasovun sosial şəbəkəlrdə ictimailəşdirdiyi həmin yazını olduğu kimi oxucuların diqqətinə çatdırır:

“Dostlar! Vəd etdiyim kimi kəndimizin adının mənası ilə əlaqədar bugünkü yazını sizə təqdim edirəm. Hıqiqətən Çərçiboğan adı diqqəti cəlb edir və hər dəfə səslənəndə çoxlarının sorgu – sualına səbəb olur.
Bu kimi sualların cavabını biz elmi mənbələrdə araşdırsaq daha düzgün olar. Azərbaycan MEA Naxçıvan Bölməsi Rəyyasət Heyyətinin 10 oktyabr 2007-ci il tarixli qərarı ilə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Onomistika” şöbəsinin müdiri işləmiş, filologiya elmləri doktoru Bagırov Adil Nəsib oglunun “Naxçıvan oykonimləri” adlı kitabı çap edilmişdir. Kitab 1590-2007 ci illərin materialları əsasında hazırlanmışdır. Kitabda Muxtar Respublika ərazisində olmuş və olan yaşayış məntəqələrinin kəndlərin adlarının şərhi və mənası göstərilmişdir. Qeyd olunan kitabda Çərçibogan kəndinin adının mənası və mənşəyi bir sıra mülahizələrlə bərabər bir el əfsanəsi ilə də baglı oldugu göstərilir.
Deyilənlərə görə Əmir Teymurun oglu Miranşah Əlincə qalasını mühasirədə saxlayan zaman. eşidir ki, Naxçıvanın əksər kəndləri Əlincəlilərə kömək edir. Ona görə o ətraf kəndlərə car çəkdirir ki. Əlincəlilərə kömək edənlərin yurd – yuvası dagıdılacaq. Car çəkənlər Muğan kəndinə ( Çərçiboganın əvvəlki adı imış- M.A) də gəlir. Onların camaatla rəftarı kənd əhalisini qəzəbləndirir. Camaat car çəkənləri bogub öldürür və dəvənin üstündə Miranşaha göndərir. Bu hadisədən hiddətlənən Miranşah kəndə hücum edir. Kənd camaatı və ətraf kəndlər mərdliklə döyüşür. Miranşahın sərkərdələrindən biri təklif edir ki. adamların hamısı qılıcdan keçırilsin. ancaq qəzəbini boga bilməyən hökmdar bagırır:
“Carçı boganları bogmaq lazımdır” .


Qoşun Miranşahın əmri ilə kənd camaatına divan tutur. Elə bu hadisədən sonra. el arasında kənd carçıboganlar adlanır və tədricən Çərçıbogan şəklinə düşür.
Allah hörmətli alimimiz Adil müəllimə rəhmət eləsin. Öz əsərləri və pedaqoji fəaliyyəti ilə Naxçıvan ziyalıları və əhalisi arasında böyük nüfuza malik şəxs kimi həmişə hörmətlə anılacaqdır.
Dostlar, mən bəlkə də sizi bu yazı ilə bir az yordum. amma bilməyimiz maraqlıdır. Muxtar Respublikada son illər bir çox kəndlərin adları dəyişilsə də, müassir dövrə xarakterik olan mərdlik nümunəsi adını daşıyan kəndimizin adı dəyişilmədi. Həqiqətən sovet döründə və sonraki illərdə də kənd əhalisi öz zəhməti nəaliyyətləri və fəallıqları ilə onların haqqında olan əfsanəni dogrultmuşlar. Bu barədə isə növbəti yazıda tanış olacaqsınız”.

Azinforum.az

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …