Ana səhifə / Manşet / Naxçıvanda YAP-ın ilk çağrışını çap edən jurnalist: “Elə arxivim var ki…” – VİDEO

Naxçıvanda YAP-ın ilk çağrışını çap edən jurnalist: “Elə arxivim var ki…” – VİDEO

Ömrünün böyük hissəsini jurnalistikaya həsr edən Hacızadə Azər Yadulla oğlu Azinforum.az-a maraqlı videomüsahibə verib. O, bildirib ki, 90-cı illərdə Naxçıvan MR-də yaşanan bütün hadisələrin canlı şahidi və iştirakçısı olub. Xüsusilə də, ermənilərin Naxçıvana etdiyi silahlı həmlələr nəticəsində yaranan mənzərə və mərhum Prezident Heydər Əliyevin Naxçıvanda olduğu dönəmlə bağlı hələ də işıq üzü görməyən zəngin arxivə malik olduğunu bildirən jurnalist deyir ki, maddi çatışmazlıq ucbatından həmin “fotoplyonkalar” məhv olmaq təhlükəsilə üzləşib. Jurnalist deyir ki, 90-cı illərdə rəqəmsal fotoapartlar az olduğu səbəbindən, bütün fotolar köhnə model “Zenit”-lə çəkilib. Hazırda həmin fotolentlərin bərpası zərurəti orta çıxıb. Həmin zəngin tarixə aid fotoların, sənədlərin bərpa olunması istiqamətində jurnalistə dəstək olmaq istəyənlər üçün jurnalist Azər Hacızadənin əlaqə nömrəsini qeyd edirik (055-280-58-72).

Azinforum.az Azər Hacızadə ilə yanvar ayının sonunda hazırlanan maraqlı müsahibəni təqdim edir:

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …