Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Manşet / Naxçıvanda intihar etdiyi deyilən baş nazirin sabiq bininci müavini “Azinforum”a danışdı – ÖZƏL

Naxçıvanda intihar etdiyi deyilən baş nazirin sabiq bininci müavini “Azinforum”a danışdı – ÖZƏL

Naxçıvanda dekabrın 7-sində  intihar etməsi ilə bağlı xəbər yayılan Muxtar Respublikanın baş nazirinin sabiq birinci müavini Asəf Məmmədov Azinforum.az-a özəl açıqlama verib.  O, yaxınlarının və doğmalarının bu xəbərdən ciddi sarsıntı keçirdiklərini  bildirib:

“Hansısa məmurun vəzifədən azad edilməsi normal bir haldır. Ancaq bu, kiməsə əsas vermir ki, vəzifədən azad olunan sabiq məmur barədə öz mülahizələri əsasında  həqiqəti əks etdirməyən  şayiələr yaysın. Hesab edirəm ki, həmin  doğru olmayan xəbərin yayılmasında maraqlı olan qüvvələr var, onların kimliyi mütləq araşdırılmalıdır. Hər halda, jurnalistə də həmin yanlış xəbəri kimsə verib. Amma siz media adamları da, hər eşitdiyinizi yazmamalısınız.  Hər halda,  mənimlə  və ya doğmalarımla əlaqə saxlanılsaydı dərhal bu xəbərin yanlış olduğu üzə çıxardı.  Əsası olmayan belə ağır xəbər bizə və doğmalarımıza çox pis təsir edib. Yəqin ki, hüquqi vasitələrdən istifadə edib, bizə dəyən mənəvi zərərin kompensasiyasını tələb edəcəm. Təşəkkür edirəm ki, bu məsələyə aydınlıq gətirdiniz”.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

“Qaçqınkom”un bu bölmələri ləğv edildi, yeniləri yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb. Bu barədə Azinforum.az-a qurumdan …