Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / Manşet / Naxçıvanda əsgərlərdən şəxsi məqsədlər üçün belə istifadə olunub- Video

Naxçıvanda əsgərlərdən şəxsi məqsədlər üçün belə istifadə olunub- Video

İkinci Qarabağ Müharibəsinin iştirskçısı olmuş, bir sıra ali təltiflərə layiq görülən, Əbülhəsənov Mahir Zahir oğlu Azinforum.az-a şikayətlə müraciət edib. Onun sözlərinə görə, Sədərək rayonu , Dəmirçi kəndi ərazisində atasına məxsus olan “Könül-81” adlı yanacaqdoldurma məntəqəsi, “Titanik” restoranı heç bir məhkəmə qərarı olmadan sökülüb. Müəsissəyə aid transformator və digər avadanlıqlar da sahibkara verilməyib. Ən maraqlısı budur ki, söküntüyə Naxçıvan Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin qardaşı Nemət Mustafayev rəhbərlik edib. Hadisə baş verən zaman çəkilən videokadrlardan görünür ki, söküntü işlərini hərbçilər aparır. Maraqlə sual yaranır: bu yanacaqdoldurma məntəqəsinin orduya nə aidiyyəti var ki, orada əsgərlərin əməyindən istifadə edilir? Hər-halda, Hərbi Prokurorluq və digər əlaqədar qurumlar mütləq mənada 2016-cı ildə baş verən bu hadisəni dərindən araşdırmalıdır.

Həmçinin oxuyun

Seymur Talıbov Qarabağ veteranının “sındırılmasına” niyə göstəriş verib? – Video

Şərur rayonu Çomaxtur kənd sakini, Qarabağ müharibəsi veteranı Əhmədov Vaqif adlı şəxs Azinforum.az-a müraciət edərək, …