Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Namiq Xıdırov tərəfindən Muxtar Babayevə sırınan Çərkəz Şirinovun işi məhkəməyə göndərildi – Rəsmi məlumat

Namiq Xıdırov tərəfindən Muxtar Babayevə sırınan Çərkəz Şirinovun işi məhkəməyə göndərildi – Rəsmi məlumat

“Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla ayrı-ayrı vaxtlarda qeyd olunan cəmiyyətin direktoru vəzifəsində işləmiş Çərkəz Şirinov və Ramazan Hüseynovun həmin müəssisənin baş mühasibi, aqronomu və digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq qurumun xəzinə kitabı, mədaxil və məxaric orderləri və digər sənədlərinin saxtalaşdırılması, satışdan əldə edilmiş vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi və digər bu kimi qanunsuz yollarla müəssisəyə aid pul vəsaitlərini mənimsəmələrinə, eləcə də öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaya səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə və digər bu kimi cinayət əməllərini törədərək dövlətə ümumilikdə 157 min manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Çərkəz Şirinov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və başqa maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

Əlavə məlumat üçün bildirilir ki, istintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilmişdir.
“Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir. 

Azinforum.az bugünlərdə “Kənd Təsərrüfatı naziri İnam Kərimovun işdən qovduğu Çərkəz Şirinov necə oldu ki, Göygöl rayon Meşələrin İnkişafı Regional İdarəsinə direktor təyin olundu?” başlıqlı yazı təqdim etmişdi. Həmin yazıda qeyd edilirdi ki, belə mənfi reputasiyada olan adam hazırda ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun köməyi ilə Göygöl rayon Meşələrin Mühafizəsi və Bərpası Regional İdarəsinə direktor vəzifəsinə təyin olunub.

Maraqlıdir, görəsən, Namiq Xıdırov bilirmi ki, tələbə yoldaşı KTN-nin “Dostluq” Damazlıq sovxozundan (indiki adı Aran Regional Mərkəzi) niyə qovulub? Əgər bilmirsə, biz ona məsləhət görürük ki, qanadı altına aldığı tələbə yoldaşının köhnə əməllərinə bir daha diqqət etsin. Görəsən nazir Muxtar Babayev bu cür ciddi məsələyə niyə belə barmaqarası yanaşır?

Çinarə SEYİDOVA, 

Azinforum.az

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …