İctimai-Siyasi
Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə
Müdafiə Nazirliyinin Ordu İdeoloji Mərkəzində İmadəddin Nəsiminin 650
illik yubileyinə həsr olunmuş “Laməkan şairimiz” adlı ədəbi-bədii tədbir
keçirilib.
İSBAM-in mətbuat xidmətindən Mia.az-a
verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi
ilə baş tutub.
Tədbirin girişi İSBAM tərəfindən hazırlanmış qısa metrajlı sənədli filmin nümayişi ilə başlanıb və folklorşunas, dosent İlhamə Qəsəbovanın giriş nitqi və aparıcılığı ilə davam edib.
Sonra
Sabunçu rayon 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə
Reabilitasiya Mərkəzinin gəncləri hazırladıqları “Nəsimi və Dərvişlər”
və “Etməgil” kompazisiyalarını nümayiş etdiriblər.
Tədbirdə iştirak edən Dünya Azərbaycanlıları Konqresinin sədri Xalq Şairi Sabir Rüstəmxanlı çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan və dünya ədəbiyyatında rolu haqqında danışıb.
Sonra Respublikanın Xalq Artisti Flora Kərimova çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və “Ənəlhəqq” kompazisiyasını ifa edib.
Tədbirdə 3 saylı Xüsusi İnternat Məktəbinin şagirdlərinin bədii proqramla çıxışı daha böyük maraqla qarşılanıb.
Ədəbi-bədii tədbirdə AMEA-nın Nəsimi adına dilçilik institutunun dosenti Elçin İsmayılov da çıxış edərək şairin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb.
Tədbirdə
aktrisa Xalidə Şərifova, şair İlham Fəhmi, şair Hacı Yaşar Cahid, 246
saylı orta məktəbin şagirdi Sənan Mahmudov və müğənni Rəna Xudiyeva
Nəsimi haqqında iştirakçılar qarşısında şeir və ifaları ilə çıxış
ediblər.
Müdafiə Nazirliyinin Ordu İdeoloji Mərkəzinin rəhbəri, mayor İlkin Qayıbov çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı da
tədbirdə çıxış edərək, mərkəz tərəfindən həyata keçirilən “Nəsimi 650”
layihəsi haqqında iştirakçılara məlumat verib və bildirib ki, lahiyənin
davamı yəni əsas hissəsi bu ay ərzində Türkiyədə həyata keçiriləcəkdir.
Tədbirin sonunda İSBAM sədri Samir Adıgözəlli
çıxış edərək, ədəbi-bədii proqramın hazırlanmasında əməyi keçən hər
kəsə və keçirilən layihəyə verdiyi dəstəyə görə Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasına təşəkkürünü bildirib.
Daha sonra İSBAM sədri layihənin hazırlanmasında dəstək göstərən bir qrup şəxsi təşəkkürnamə ilə təltif edib.
Tədbirdə
AMEA-nın əməkdaşları, Mədəniyyət və İncəsənət xadimləri, ehtiyyatda
olan zabitlər, QHT və media təmsilçiləri iştirak ediblər.
Tədbirin
keçirilməsinə Dünya Azərbaycanlıları Konqresi (DAK) təşkilati dəstək,
“Dövlət və Qanun” qəzeti isə informasiya dəstəyi göstərmişdir.
Ana səhifə / Manşet / Nəsiminin 650 illik yubileyi: “Laməkan şairimiz” ədəbi-bədii tədbir keçirildi – Tədbir + FOTO
Həmçinin oxuyun
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT
Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …