Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Manşet / Nərmin Şahmarzadə üzr istədi — VİDEO

Nərmin Şahmarzadə üzr istədi — VİDEO

Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərlə tənqid hədəfinə çevrilən psixoloq Nərmin Şahmarzadə qəhrəmanın ailəsindən üzr istəyib.

Azinforum.az  xəbər verir ki, o, bu barədə sosial şəbəkədə video yayıb:

“”Facebook”da Mübariz İbrahimovun atasından müsahibə alıblar. Çox təəssüf ki, adama fikirlərimi yanlış çatdırıblar. Bu çox acınacaqlıdır. Nə statusumda, nə videomda heç kəsin oğluna qatil deməmişəm. Oğul itirmiş birinə bu şəkildə yalan demək heç etik deyil. Əgər bu xəbər onu incidibsə, şəxsim adıma sırf Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm”.

Ölkə.Az

Həmçinin oxuyun

“Qaçqınkom”un bu bölmələri ləğv edildi, yeniləri yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb. Bu barədə Azinforum.az-a qurumdan …