Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Müdafiə nazirinin sabiq müavini koronavirusa yoluxub: REANİMASİYADADIR – FOTOLAR

Müdafiə nazirinin sabiq müavini koronavirusa yoluxub: REANİMASİYADADIR – FOTOLAR

Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov koronavirus xəstəliyinə yoluxub.

Azsiyasət.com-a daxil olan məlumata görə, M.Səlimovun vəziyyəti orta ağırdır, hazırda Mərkəzi Gömrük Hospitalında reanimasiya şöbəsindədir. 

Qeyd edək ki, polkovnik M.Səlimov 1995-199-cu illərdə Müdafiə nazirinin müavini vəzifəsində işləyib. O, mərhum prezident Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. M.Səlimov sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun ordudakı özbaşınalıqlarına etiraz edən əsas şəxs olub. Buna görə də, o, ordu sıralarından istefa verib. 

M.Səlimovun oğlu Baş leytenant Fərhad Səlimov da ehtiyatda olan zabitdir. F.Səlimov 21 sentyabr tarixindən etibarən ordu sıralarına qoşulub, 44 günlük Qarabağ müharibəsində könüllü iştirak edib və Qarabağ qazisidir. O, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …