Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Manşet / Mübariz Pənahov təltif olundu – FOTO

Mübariz Pənahov təltif olundu – FOTO

Sədərək Gömrük-Keçid Məntəqəsinin sabiq müdiri, əhali arasında daha çox “Laba” ləqəbiylə tanınan Mübariz Pənahov Azərbaycan Prezidenti adından mükafatlandırılıb.

Azərbaycan Respublikası Prezidenti adından Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun müvafiq əmri ilə Mübariz Həsən oğlu Pənahov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, M.Pənahov ümumilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışında, eləcə də onun Naxçıvanda mühafizəsinin təşkilində fəal iştirak edən şəxslərdən biridir. 

Hazırda SOCAR Təhlükəsizlik Xidməti rəisinin müavini vəzifəsini tutan Mübariz Pənahovun bugünlərdə 60 yaşı tamam olub.

Həmçinin oxuyun

Təhsil Nazirliyi hara baxır? – Yuxarı sinif şagirdləri 2.500 manat rüşvət müqabilində dərsdən yayınır

Belə bir durum var və onu da hamı bilir. Təhsil sahəsində. Bakı məktəblərinin bəzi yuxarı …