Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Manşet / Mübariz Mənsimov üçün Rəsulzadə Eldar Mahmudovun atasından sonra gəlir – ucuz şou

Mübariz Mənsimov üçün Rəsulzadə Eldar Mahmudovun atasından sonra gəlir – ucuz şou

Milyarder olduğu deyilən Mübariz Mənsimov ADR-in qurucularından olan Məhəmmədəmin Rəsulzadənin adını əbədiləşdirib. Həmin tarixi şəxsiyyətin adına bir gəmi düzəldib. Gəminin təqdimatını xüsusi təntənə ilə təqdim edir. Hətta Azərbaycandan bəzi media nümayəndələrini də həmin bayrama dəvət edib. Çox gözəl, alqışlayıram. Çünki Rəsulzadə bundan da artıq hörmətə layiq kişidir.

Ancaq vacib bir məqam diqqətimi çəkdi. Mübariz Mənsimovdakı Rəsulzadə sevgisi səmimidirmi? Əminliklə, yox! – deyə bilərəm. Niyəsini izah edim. Bunun üçün elə Mübarizin özünə belə sual vermək lazımdır: Niyə, Məhəmmədəmin Rəsulzadə onun yadına əvvəl yox, məhz indiki məqamda düşüb?

Qeyd edim ki, iş adamı indiyə qədər çoxlu sayda tanınmış azərbaycanlının adını gəmilərinə verib. Hətta Eldar Mahmudov MTN şefi olanda, onun atası Əhməd Mahmudovun adına da gəmi düzəldib. İndi həmin gəminin aqibəti barədə məlumatım yoxdu. Ancaq fakt ortadadır ki, o vaxtlar MTN amilinə görə, Eldar Mahmudovun müəllim atası, Mübariz üçün Rəsulzadədən daha cəzbedici sayılıb.

Belə olmasaydı, Rəsulzadənin adına olan tankeri indi dənizə buraxmazdı. Görünən budur ki, Mübariz Mənsimovun atdığı addımların hamısı siyasi konyukturaya hesablanır. Etdiyi yardımlar belə. Harda güclü piar var, ora yardım “əlini uzadır”. Rövnəq Abdulayevlə neft alveri edəndə, heç Məhəmmədəmin, Elçibəy yadına düşmürdü. İndi pul üstə araları dəyib deyə, müxalif, narazı elektorata yönəlik belə siyasi jestlər edir, hətta yeri gələndə hakimiyyəti də sərt tənqid atəşinə tutur…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

İqbal Məmmədovun var-dövlətinin siyahısı yayıldı

“Relax” istirahət mərkəzinin sahibi, millət vəkili İqbal Məmmədov mərkəzdə baş verən dava ilə bağlı yenidən …