Ana səhifə / Manşet / Mirşahin Putinin azərbaycanlı dostunu hədəfə aldı – “Azərbaycanın öz İlhamı var…”/ VİDEO

Mirşahin Putinin azərbaycanlı dostunu hədəfə aldı – “Azərbaycanın öz İlhamı var…”/ VİDEO

Son zamanlar Azərbaycanda daha çox Vladimir Putinin tələbə yoldaşı və dostu kimi tanınan professor İlham Rəhimovun mətbuatdakı çıxışları və müsahibələri etirazla qarşılanmaqdadır.
Hələ bir neçə gün öncə YAP-çı deputat Siyavuş Novruzov parlamentdəki çıxışında həm də iş adamı kimi tanınan İ.Rəhimovu sərt şəkildə tənqid etmişdi.
Bu dəfə isə İ.Rəhimov Mirşahin Ağayevin hədəfinə tuş gəlib.
BakuPost-un məlumatına görə, öz proqramında professor barədə danışan M.Ağayev onun Azərbaycanın İvanişvilisi olmaq istədiyinə eyham vurub.
Sabiq ANS-çi İ.Rəhimovla bağlı fikirlərini “Azərbaycanın öz İlhamı var, özgə, yad İlham kimə gərəkdir…” deyə bitirib.

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …