Ana səhifə / Manşet / Mirkazım Seyidovun sağlıq durumu ağırdı – Heydər Əliyev Fonduna müraciət edildi

Mirkazım Seyidovun sağlıq durumu ağırdı – Heydər Əliyev Fonduna müraciət edildi

Tanınmış ictimai-siyasi xadim, Azərbaycan və Rusiya dövlətlərininin ali mükafatlarının laureatı Mirkazım Seyidov hazırda 1 saylı Kliniki Tibb Mərkəzin (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilib. Mirkazım Seyidovun yaxınlarının Azinforum.az-a verdiyi məlumata görə, bir neçə gün əvvəl onun vəziyyəti kəskin pisləşib:

“Həkim müayinəsi və verilən testlərin nəticəsində onda COVİD 19 (koronaviris) infeksiyası aşkarlanıb. Mirkazım Seyidov bu yaxınlarda çətin ürək əməliyyatları keçirib, ağır şəkər xəstəsidir. Bilirsiniz ki, belə xəstələrdə bu virusun yaratdığı fəsadlar ağır olur. Hazırda Mirkazım müəllimin vəziyyəti qənaətbəxş deyil. Ona ciddi kömək lazımdır. Biz istərdik ki, hörmətli Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu Mirkazım müəllimin sağlığı ilə bağlı vəziyyəti öz nəzarətlərinə götürsünlər”.

Xatırladaq ki, Mirkazım Seyidov dünyanın bir neçə dillərində nəşr olunan və əsas istiqamətləri Azərbaycan dövlətini təbliğinə həsr edilən 10-larla kitabın müəllifidir. Allahdan ona şəfa və tezliklə sağalmağı diləyirik.

Həmçinin oxuyun

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Medikamentoz müalicədən başqa digər müəyyən ərzaq məhsulları da sətəlcəm olan insanların daha tez sağalmasına kömək …