Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Manşet / “MİRƏLƏMOV ETİKADANKƏNAR SÖZLƏR DANIŞIB!” – YAP Siyasi Şurasının üzvü

“MİRƏLƏMOV ETİKADANKƏNAR SÖZLƏR DANIŞIB!” – YAP Siyasi Şurasının üzvü

“Abel Məhərrəmovun rektor vəzıfəsındən azad edilməsindən sonra ona qarşı aparılan bu “qara piar” məndə təəssüf doğurdu. Axı, bizim insanlar niyə vəzifədə olana yaltaqlanır, gedənə isə “balta çalır?″. Biz bu adətimizi tərgitməliyik”.

Azinforum.az-ın  məlumatına görə, bunları YAP Siyasi Şurasının üzvü, keçmiş deputat, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Musa Musayev söyləyib. O, Gununsesi.org-a açıqlamasında bu barədə danışıb.

M.Musayev mediada sabiq rektora qarşı aparılan kampaniyadan bir YAP-çı kimi üzüldüyünü deyib: “Birincisi, Abel müəllim 19 il rektor olub. Bu o deməkdir ki, 19 il bu işdə etimad qazanıb. Digər tərəfdən O, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvüdür. Partiyanın Xətai şöbəsinin sədri Hüseynbala Mirələmov onun haqqında etikadankənar sözlər danışıb. Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram. Bu gün ölkəmizdə pis ənənə yaranıb. Vəzifədə olana yaltaqlanmaq, tərif demək, gedənin isə dalınca danışmaq ənənəsi var. Hətta görün iş nə yerə çatıb ki, hansısa şou əhlinin manısı belə akademik haqqında danışır”.

Xatırladaq ki, YAP-ın Xətai Rayon Təşkilatının sədri, deputat Hüseunbala Mirələmov Abel Məhərrəmovu əxlaqsızlıqda ittiham edib. Sitat: “Mən bunu ən böyük əxlaqsızlıq sayıram. Birinci ona sual olunur ki, axı sən bu qədər çaxırı hara aparırsan? Əgər biz deyilənlərə inansaq və Abel Məhərrəmov həmin çaxırları İspaniyada qablaşdırıb Azərbaycan insanlarına “ispan çaxırı” adı ilə sırıyıbsa, bunun bircə adı var, o da əxlaqsızlıqdır! Axı sən kimsən ki… bizim dini rəhbərimiz olan və milli adət-ənənələrimizi özündə ehtiva edən hörmətli Şeyximiz Allahşükür Paşazadəyə qarşı sərxoş vəziyyətdə söz atmaq, onun əsəbləri ilə oynamaq və onu dolamaq ən böyük əxlaqsızlıqdır. Bunun ayrı adı yoxdur”.

Həmçinin oxuyun

Azərbaycan Vaşinqtondakı görüşdən də irəliləyiş gözləmir – Hikmət Hacıyev nələrə əsaslanır…

Məlahət İbrahimqızı: “Yaxşı olardı ki, həmsədrlər indiyə kimi problemin həllinə dair mexanizm tapaydılar” Prezidentin köməkçisi, …