Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Aktual / Milli Qəhrəmanlarımızın adını əbədiləşdirən yeni park açıldı – Video+Fotolar

Milli Qəhrəmanlarımızın adını əbədiləşdirən yeni park açıldı – Video+Fotolar

Bakının Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 110 ünvanında “Qəhrəmanlar güşəsi” adlı yeni parkın açılışı olub. Park “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyi tərəfindən ərsəyə gətirilib. Açılış tədbirində Milli Qəhrəmanlar, şəhid anaları, dövlət qurumlarının nümayəndələri, müharibə veteranları və ictimaiyyət mənsubları iştirak edib. İctimai Birliyin sədri Elşən Uluxanlı Azinforum.az-a açıqlamasında bildirib ki, parkı şəxsi vəsaitləri hesabına tikiblər: “Məqsədimiz sağ və dünyasını dəyişən Milli Qəhrəmanlarımızı , eləcə də 44 günlük müharibədən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən qeyrətli vətən oğullarının adlarını əbədiləşdirmək olub. Bu ali ada layiq görülən hər bir şəxsin fotosunu və haqqında məlumatı təqdim etmişik. Parkın yeri baxımsız vəziyyətdəydi. Bizim mərkəzi ofisimiz bu küçədə yerləşir. Ofisin qabağının baxımsız vəziyyətdə olduğunu gördük və burada belə bir güşə salmaq qərarına gəldik. Şükürlər olsun ki, arzumuz reallaşdı”.
Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Elşən Uluxanlı açaraq , bütün Milli Qəhrəmanların ailələrini bu əlamətdar gün münasibəti ilə təbrik etdi. Sonra çıxış edənlər belə xeyirxah əmələ görə İctimai Birliyə dərin təşəkkürlərini ifadə etdilər. Parkın açılış lenti sağ Milli Qəhrəmanlar tərəfindən kəsildi. Tədbirin sonunda şəhid və Milli Qəhrəman anaları havaya sülhün rəmzi olan ağ göyərçinlər buraxdılar.

Həmçinin oxuyun

Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı… – Açıqlama

“Türkiyədə baş vermiş güclü zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını təsiri yoxdur. Bu zəlzələ ölkədəki zəlzələ ocaqlarını …