Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Manşet / Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyi Hikmət Cavadovun cəzalandırılmasını tələb edir- BƏYANAT

Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyi Hikmət Cavadovun cəzalandırılmasını tələb edir- BƏYANAT

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş 198 şəhid Milli Qəhrəman ailələrini və 17 Sağ Milli Qəhrəmanlarını öz ətrafında birləşdirən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən,

BƏYANAT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərancamına əsasən Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin müddətinin başa çatmasına əsasən geri çağrılmasından dərhal sonra Ukraynada Respublikasında fəaliyyət göstərən Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadovun “rəhbərlik etdiyi Diasportun adına yaraşmayan” bilavasitə təşkilatçılığı ilə Kiyev şəhərində olan şəxsi kafesində yığıncaq təşkil edərək, Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Azər Xudiyevin şərəf və ləyaqətini alçaldan,yaramaz və etikadan kənar hərəkətlərə yol verilmişdir. Ukrayna Respublikasında fəaliyyət göstərən Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadovun Azərbaycan xalqına və Dövlətçiliyinə xas olmayan yaramaz əməlləri, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin rəhbərliyini və birliyin üzvləri olan Şəhid Milli Qəhrəman ailələri və Sağ Milli Qəhrəmanlarımız tərəfindən hiddətlə qarşılanmış, Hikmət Cavadovun bu çirkin əməlləri, xalqımızın milli, mənəvi dəyərlərinə xələl gətirən ləyaqətsizlik nümunəsi kimi qiymətləndirilmişdir. Hikmət Cavadov tərəfindən təşkil edilən tədbirdə iştirak edənlərin ləyaqətsiz əməlləri, təkcə Prezidentimizin səlahiyyətli nümayəndəsi Azər Xudiyevə qarşı yox, bütövlükdə dövlətimizə, xalqımıza və eyni zamanda Azərbaycan xalqımıza baş aşağılığı gətirən təxribatdır. Azər Xudiyev pis və yaxud yaxşı da olsa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Ukrayna Respublikasındakı səlahiyyətli nümayəndəsi olub və müddəti başa çatdığına görə Cənab Prezidentimizin sərəncamı ilə postundan geri çağrılıb. Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və havadarları, sizin milli mənliyiniz, şərəf və ləyaqətiniz necə yol verir ki, bir azərbaycanlını, Azərbaycan Respublikasının Diplomatını yad bir ölkədə təhqir edəsiniz?

Azər Xudiyev 09 may 2019-cu il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Qulıiyev Zabit Adil oğlunun Kiyev şəhərində insult keçirtməsindən xəbər tutan kimi dərhal onun səhəti ilə yaxından maraqlanaraq Milli Qəhrəmanımızı müvafiq xəstəxanaya yerləşdirərək onun müalicəsini təmin etmiş və Möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları tərəfindən Milli Qəhrəmanımızın müalicəsi nəzarətə götürüləndən sonra Azər Xudiyev bütün gününü Milli Qəhrəmanımıza sərf etmiş,aparılan müalicələrə bilavasitə nəzarət nəzarət və rəhbərlik etməklə yanaşı müalicə zamanı xərclənən vəsaiti öz şəxsi vəsaiti hesabına həyata keçirtmişdir. Kiyev şəhərində yaşayan hər bir azərbaycanlı Azər Xudiyevin bu fədakar xidmətlərinin şahidi olmuşdur. Azər Xudiyev səfir olduğu müddət ərzində Azərbaycandan Ukraniyaya gələn hər bir azərbaycanlıya mənəvi dəsdək duran nümunəvi səfirlərimizdən biri olmuşdur. Təssüflər olsun ki, Azər Xudiyev səfir işlədiyi dövürdə daim Vətəninə, Millətinə, Dövlətinə və Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına layiqli xidmət göstərməsinə baxmayaraq Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və ona bənzər havadarları bütün yaxşı əməllərini gözardı etməklə erməni xəyanətinə layiq bir addım ataraq Azərbaycanın Diplomatına qarşı ləyaqətsizcəsinə addım atmısınız. Heç bu ləyaqətsiz addımınıza görə xəcalət çəkirsinizmi?

Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və havadarları sizlər erməni diasporları ilə mübarizə aparan olsaydınız o zaman Azərbaycan Dövlətinin Diplomatına qarşı biyabrçı və ləyaqətsiz əməllər törətməklə Azərbaycan xalqını dünyada təhqir etmiş olmazdınız. Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və havadarları, bizə maraqlıdır ki, sizlər Azərbaycan Respublikasının Diplomatını təhqir edirsinizsə onda Ukrayna Respublikasında fəaliyyət göstərən erməni diasporları ilə necə və hansı formada mübarizə aparırsınız?

Biz inanmırıq ki, bu hərəkətləri edən insanda, Azərbaycan Xalqına, Dövlətçiliyinə, Azərbaycanın Ərazi Bütövlüyü uğrunda öz canlarını qurban vermiş yüzlərlə şəhidlərimizə dəyər verəcək qürur olsun. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi daim Dövlətin maraqlarını, Ölkə Başçısının fikirlərini dəstəkləyən, Dövlət və Dövlətçiliyimizə daim xidmət etmiş insanları müdafiə etməklə yanaşı məmur özbaşınalığı ilə mübarizə aparmaqla hər zaman həqiqətlərə önəm verməklə yanaşı, Vətəninə, Millətinə və xüsusən də Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının daxili və xarici siyasətini ləyaqətlə həyata keçirdən müdafiə etməyi özünə borc bilən bir birlik kimi Azərbaycan Respublikasının Ukraniya Respublikasındakı keçmiş səfiri Azər Xudiyevin xidmətlərini nəzərə alaraq ona qarşı Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və onun havadarları tərəfindən edilən ləyaqətsiz hərəkətlər pisləyir, bu şəxslərin dərhal Hörmətli Diplomatımız Azər Xudiyevdən və Azərbaycan Xalqından üzr istəmələrini və Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən təxirə salınmaz tədbirlər görülməsini tələb edirik.

Hörmətlə, Azərbaycan Respublikasının 198 şəhid Milli Qəhrəman ailələrini və 17 Sağ Milli Qəhrəmanları adından Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri , Elşən Uluxanlı

Azinforum.az

Həmçinin oxuyun

İSBAM Türkiyədə möhtəşəm layihə icra etdi – FOTOLAR

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihə çərçivəsində İctimai Siyasi Proseslər …