Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Manşet / Milli Məclisə yeni mətbuat xidməti – Akif Təvəkküloğlunu kim əvəz edəcək?

Milli Məclisə yeni mətbuat xidməti – Akif Təvəkküloğlunu kim əvəz edəcək?

Milli Məclisin dünən buraxılan Aparatı tam yeni tərkibdə formalaşacaq.
“BakuPost” xəbər verir ki, bununla bağlı Milli Məclis rəhbərıiyi seçim mərhələsinə başlayıb.
Bu prosesdə əsas istiqamətlərdən biri də Milli Məclisin mətbuat xidmətinin dəyişdirilməsidir. Məlumata görə, yeni tərkibdə xidmətə rəhbərlik etmiş Akif Təvəkküloğlu olmayacaq. Parlament rəhbərliyi Mətbuat Xidmətinə rəhbərlik edə bilən uğurlu kadr axtarışındadı. Hələlik bir neçə namizəd var və onlar arasında seçim edilir.
1962-ci il təvəllüdlü A.Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibidir.

Azinforum.az-ın əldə etdiyi məlumata görə bu vəzifəyə daha çox iddialı olanlardan biri Parlament Jurnalistlər Birliyinin rəhbəri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlıdır. Ancaq parlament rəhbərliyi həmin posta tamamilə başqa bir şəxsin təyin olunmasında maraqlıdır.

Həmçinin oxuyun

Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi – Ədalət Vəliyevin YAZISI

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham …