Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Manşet / Metro rəsinin bahalı maşınları – VİDEO

Metro rəsinin bahalı maşınları – VİDEO

Bloger Mehman Hüseynov  Bakı metropoliteninin rəisi Zaur Hüseynovun və onun ailə üzvlərinin dəyəri yüz minlərlə ölçülən avtomobilləri haqda araşdırmasını təqdim edib.

“Bu adam 2014 cü ildə Bakı metropoliteninin rəisi vəzifəsinə gətirilib. Vəzifəyə gələndən 1 il sonra yəni 2015-ci ildə, Zaur Hüseynovun həyat yoldaşı Lalə artıq özünə qiyməti 100.000 AZN Porsche Cayenne almışdır (90-LL-090), oğlu Həbib Hüseynov isə həmin vaxtlar Chevrolet Camaro markalı maşınında fırlanırdı (90-HH-090). Metropoliten rəisinin aylıq maaşı 2000 AZN-dir. Öz ailə üzvlərinə bu bahalı maşınları hansı pulla alıb?” – deyə, Mehman Hüseynov sual edir.

“2018-ci ildə metronun gediş haqqı qaldırıldı. Və o zaman Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq maşınını dəyişdirib, özünə yeni Mesrsedes Benz G63 AMG almışdır. Bakı küçələrində yenə özünə məxsus nömrə nişanı ilə fırlanır (90-HH-090)… Və 2020-ci ildə biz Metropoliteninin rəisi Zaur Hüseymovun öz şəxsi maşınını tapmışıq. Bu, qiyməti 255.000 AZN olan Range Rover Velar Byron markalı 90-ZZ-090 dövlət nömrəli maşındır. Eyni anda biz Zaur Hüseynovun həyat yoldaşı Lalənin təzə maşınını da təsadüfən tapırıq, çünki maşın dayanacağında ər-arvad maşınlarını yan yana saxlayır. Həyat yoldaşı 2020-ci ildə qiyməti 240.000 AZN olan Range Rover maşını sürüb” – deyə, araşdırmaçı-jurnalist bildirib.

“Sual yaranır? Təkcə öz şəxsi maşınlarına 1 milyon manat xərcləyən Metropoliten rəisi Zaur Hüseynovda bu qədər pul hardandır? Əlbəttə xalqın cibindən oğurlanan pullar hesabına özünə dəbdəbəli həyat qurur. Korrupsiya!” – deyə Mehman Hüseynov ittiham edib.

Araşdırmaçı-jurnalist daha bir faktı açıqlayaraq,  hüquq-mühafizə orqanlarının bunu vaxtında araşdırmalı olduğunu qeyd edib:  “2020-ci ildə Range Rover sürən həyat yoldaşı Lalə xanım 2021-ci ildə özünə 300.000 AZN-lik Porsche Cayene turbo S alır yenə də özünə məxsus 90-LL-090 nömrə ilə. Təsəvvür edirsiz? Metropoliteninin rəisi Zaur Hüseynovun ailə üzvləri hər il özlərinə bahalı maşınlar alıb kef edirlər. Biz susduqça, bu oğrular dövlət büdcəsini dədə malı kimi talayacaqlar! Hüquq muhafizə orqanları bir az diribaş olub, metro rəisi Zaur Hüseynovun ailəsi hansı hoqqalardan çıxır onu vaxtında araşdırsa idi bilərdi metro niyə ziyana işləyir”.

Həmçinin oxuyun

Sabiq deputat Rəsul Quliyevlə bəzi məmurların əlaqəsinə dair sensasion faktlar açıqladı

Sabiq deputat Qalib Salahzadə eks-spiker Rəsul Quliyev ilə aralarında olan bağ evi qalmaqalına aydınlıq gətirib. …