Şənbə , Dekabr 5 2020
Ana səhifə / Manşet / Mehman Əliyevin saytı media etikasını belə pozur – FOTO

Mehman Əliyevin saytı media etikasını belə pozur – FOTO

Məlum olduğu kimi, dünən Azərbaycan Prezidenti Baş nazirin iki müavinini öz ərizələri əsasında tutduqları vəzifədən azad edib. Verilən rəsmi məlumatda bildirilir ki, həm Hacıbala Abutalıbov, həm də Əli Həsənov yaşları ilə əlaqədar tutduqları postdan istefa vermək qərarına gəliblər. Maraqlıdır ki, hamıya mediadan dərs verməyə çalışan Mehman Əliyevin rəhbərlik etdiyi Turan.az saytı bu məlumatı təhrifedici başlıqla cəmiyyətə təqdim edib. “İlham Əliyev baş nazirin iki xoşagəlməz müavinini qovub” başlığı ilə xəbəri təqdim edən Meham Əliyev açıq şəkildə media etikasını pozub. Çünki Meham Əliyevin elə bir cihazı yoxdur ki, kimin hansı dərəcədə xoşagələn, kimin isə xoşagəlməz olduğunu dəqiq müəyyən edə bilsin. Ola bilər ki, həmin məmurların fəaliyyətindən narazılıqlar çox olub, onların tənqid olunması ilə bağlı haqqı kimsə Mehman Əliyevin əlindən ala da bilməz. Ancaq hansısa rəsmi informasiyanı təqdim edərkən, jurnalist qərəzini açıq şəkildə ortaya qoymamalıdır. Hər halda, Mehman Əliyev jurnalistikanın bu qızıl qanununu bilməmiş deyil. Onda isə niyə hörmət-izzətlə işdən çıxarılan adamlar barəsində “qovuldular” ifadəsini yazır?

Həmçinin oxuyun

Prezidentlə xanımı Şəhidlər Xiyabanında

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olublar. “Qafqazinfo” xəbər verir …