Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / MƏMMƏDYAROVA SPONSOR “HÜCUMU”… – 2 bank, 1 şirkət, 1 hotel…

MƏMMƏDYAROVA SPONSOR “HÜCUMU”… – 2 bank, 1 şirkət, 1 hotel…

“Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib”.AzPolitika.info-nun məlumatına görə, nunu idman jurnalisti Sənan Şəfizadə öz feysbuk hesabında qeyd edib.
Onun sözlərinə görə müraciət edənlər “Şah”ın menecerinə yönləndirilib.

“Yəqin ki, nəticəsi müsbət olacaq. Bir şirkət 3 il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun” – jurnalist bildirib.

Qeyd edək ki, ötən gün dünyaca məşhur qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmaması və yarışlara sırf maddi baxımdan təminatını ödəmək üçün qatıldığını yazmışdı.

“Bu gün jurnalist mənə sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Buradakı insanların sponsor var. Amma sabah oyun var, gərək yenə hazırlaşım.

Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam, onda isə bu söhbətlər mənasız olacaq” – deyə qrossmeyester yazmışdı.

AzPolitika.info

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …