Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Manşet / “Məgər Zahid Oruc bilmir ki, ermənilər tərəfindən döyüşən Rusiyanın özüdür”

“Məgər Zahid Oruc bilmir ki, ermənilər tərəfindən döyüşən Rusiyanın özüdür”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev millət vəkili Zahid Orucun “Yeni Müsavat” qəzetində  “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: Yerevanı bölmək planı” adlı yazısı haqqında fikirlərini “Facebook”da şəxsi profillində paylaşıb. Azinforum.az xəbər verir ki,  Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Zahid Orucun yazısına belə münasibət bildirib: 

“Əgər Zahid Oruc Milli Məclisin üzvü və Sosial Tədqiqatlar Mərkəzinin sədri olmasaydı köhnə sovet yaltaqşünaslığı, boş, mənasız pafos və taftaloğiya, uzunçuluq və cümlələrin qəliz göstərilməsi üçün söz kəndirbazlığı, ən əsası isə ictimai rəyi aldatmağa cəhd ruhunda yazılan bu mənasız yazıya münasibət bildirməyə dəyməzdi.
Zahid Oruc yazının sonunda fikirlərini belə ifadə edir: ” Onlarla tel bizi Moskva ilə birləşdirir. Bu resursları bir yerə yığmaq gərəkdir.
Sarkisyan aprel döyüşlərindən sonra daha çox “rus silah”ından ölməyə ağrıyırdı. Yeni yaranan siyasi üçbucaq- Türkiyə, Azərbaycan, Rusiya vahid səngəri sərhəddə son toqquşmaya, həm də toqquşmaların sərhəddi kimi baxmağa imkan verir. TAR ittifaqı. Azərbaycan özünün geosiyasi missiyasına görə mərkəzdədir. Musiqidə, orduda, döyüşdə triada. Hansı dilə tərcümə etsən dəyişmir!
Bəli, Rusiyanı vasitəçidən münaqişə tərəfinə çevirmək planı alınmadı”…
Əvvəldən başlayaq, məgər Z. Oruc bilmir ki, bu konflikti yaradan da, onu indiki vəziyyətdə saxlayan da, Azərbaycanın torpaqlarını işğal edib ermənilərə verən də, Aprel döyüşlərini dayandıran da, ermənilər tərəfindən döyüşən də, Ermənistana milyardlarla dəyəri ölçülən ən müasir silahları pulsuz verən də elə Rusiyanın özüdür. Bilir.
TAR ittifaqı, vahid səngər… Əgər Zahid Oruc Rusiyanın, Türkiyənin, eləcə də Azərbaycanın strateji hədəflərini bu qədər bəsit düşünürsə çox təəssüf.
“Rusiyanı vasitəçidən münaqişə tərəfinə çevirmək planı alınmadı” demək üçün isə həm də çox riyakar olmaq lazımdır. Məgər indiyədək Rusiya tərəf deyil, Ermənistanın hərbi-siyasi müttəfiqi deyil? Bizi bir addım irəli getməyə qoymayan Rusiya deyil? 


Budur, Yerevanı bölmək planı?
O ki, qaldı “Onlarla tel bizi Moskva ilə birləşdirir” cümləsinə, etiraz etmirəm, bəli, çoxunuzu çox gizli tellər Moskva ilə birləşdirir…
Maraqlıdır, bu yazını indiki həssas məqamda yazmaqda adamın məqsədi nədir? Özü yazıb, yazdırıblar, hər nədirsə çox ziyanlıdır.
Beşinci kalonun, rus agenturasının ruhunu oxşayan yazıdır. 
Tovuz döyüşlərindən, igid əsgər və zabitlərimizin şəhid olmasından heç 40 gün keçməmiş, Türkiyə ilə Azərbaycan ordusunun birgə hərbi təlim keçirdikləri və düşmənlərə göz dağı verdikləri bir zamanda belə yalançı hədəflərə köklənən, Rusiyanı qorumağa, ona yaltaqlanmağa xidmət edən bu cür yazıların həm də təsadüfi olmadığı birmənalıdır.
Əgər hakimiyyətin nəzarətində olan Sosial Tədqiqatlar Mərkəzinin sədri olan bir şəxs belə bir yazı ilə çıxış edirsə çox təəssüf. Deməli vəziyyət yaxşı deyil və görüləcək çox işlər var…”

Həmçinin oxuyun

Məktəblərdə yaşıl rüşvət – Hər şagird 5 şam ağacı gətirməsə… SƏS YAZISI

Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi …