Cümə , Oktyabr 30 2020
Ana səhifə / Manşet / Mətbuat Şurası Osman Nərimanoğlunun demokratik.az saytını “reket” elan etdi – Adı “qara siyahı”ya salındı

Mətbuat Şurası Osman Nərimanoğlunun demokratik.az saytını “reket” elan etdi – Adı “qara siyahı”ya salındı

Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Mətbuat Şurasından Azinforum.az-a verilən məlumata görə, toplantıda bir sıra KİV-lərin fəaliyyətilə bağlı edilən şikayətlərə baxılıb və müvafiq qərarlar çıxarılıb. İclasda müzakirəyə çıxarılan məsələlərdən biri də, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun təkrar olaraq “Demokratik.az” Xəbər Portalına qarşı şikayəti ilə bağlı olub.

Şikayətçiyə məlumat verilib ki, “Demokratik.az” Xəbər Portalının adı MŞ İdarə Heyətinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə “qara siyahı”ya daxil edilib. Adları bu siyahıda olan KİV qurumlarından təkrar şikayətlər araşdırılmır.

Azinforum.az bildirir ki,  Osman Nərimanoğlu adlı vətəndaşın rəhbərlik etdiyi demokratik.az  saytı  son vaxtlar  vətəndaşları təhdid və şantaj etməklə yanaşı, həm də onların şərəf və ləyaqətini alçaldan, ləkələyən məqalələr  yaymaq üzrə ixtisaslaşıb. Hazırda bu saytla bağlı bir neçə məhkəmə çəkişməsi var. Şikayətlərdən birinə Göygöl rayon Məhkəməsində baxılır. Əməkdar jurnalist Əhməd İsayev  barəsində  yazılan  təhqir dolu məqalə ilə bağlı  Osman Rzayevi məhkəməyə verib. Hazırda həmin iş üzrə linqvistik ekspertiza təyin edilib. Ekspertizanın rəyindən sonra ,  məhkəmə Osman Nərimanoğlunun  cavabdeh kimi fəaliyyətilə bağlı yekun qərarını açıqlayacaq.

Tanınmış jurnalist, “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli də, Osman Nərimanoğlunun əməlləri nəticəsində-şantaja, təhqirə məruz qaldığı və sağlamlığına ağır zərbələr vurulduğu üçün, hüquq-mühafizə orqanları və məhkəməyə müraciət edib.

Osman Nərimanoğlunun əməllərindən zərərçəkən şəxslərdən biri də, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Artıq o,  “jurnalistin” əməlləri ilə bağlı ikinci dəfədir ki, Mətbuat Şurasına şikayət edir.  Bildirilir ki, İlqar Məhərrəmovun  Osman Nərimanoğlu ilə bağlı etdiyi şikayətlərdə olduqca ciddi məqamlar var və yəqin ki, onların araşdırılması hüquq-mühafizə orqanları səviyyəsində mümkün olacaq.

Azinforum.az İnformasiya Portalı olaraq, Mətbuat Şurasının İdarə Heyətinə medianın adını ləkələyən şəxslər və KİV adı ilə fəaliyyət göstərən nümunələrlə bağlı verdikləri obyektiv qərara görə təşəkkürümüzü bildiririk.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Hikmət Hacıyev: Ermənistan Bərdəni kasset mərmiləri ilə atəşə tutub

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə …