Bazar , Yanvar 17 2021
Ana səhifə / Manşet / Məşhur hərəkatçı Nəsir Ağayev yeni yaradılan Böyük Dayaq Partiyasında – VİDEOMÜSAHİBƏ

Məşhur hərəkatçı Nəsir Ağayev yeni yaradılan Böyük Dayaq Partiyasında – VİDEOMÜSAHİBƏ

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, “Bakı Kəndlər Birliyi”nin keçmiş sədri Nəsir Ağayev Azinforum.az saytına videomüsahibə verib.

N.Ağayev müsahibəsində dövlət-xalq münasibətlərini möhkəmləndirən əsas amillərdən danışıb. O, Azərbaycanın gələcəyini necə görür? Qarabağda əldə edilmiş qələbə dövlətimizin gələcək inkişafı üçün hansı şəkildə rol oynayacaq? Biz xalq olaraq bundan sonra hansı addımları atmalıyıq?

N.Ağayev bütün bu suallara cavab verməklə yanaşı, Azərbaycanda yeni yaradılan Böyük Dayaq Partiyasının fəaliyyətinin ideoloji istiqamətləri barədə də fikirlərini ifadə edib. Yeni yaradılan partiyanın təsisçilərindən olan, partiyanın əsas ideoloji istiqamətlərini müəyyənləşdirən N.Ağayev qeyd edib ki, BDP özündə siyasi, iqtisadi-sosial sahədə inqilab sayıla biləcək konsepsiya və ideyalarla çıxış edəcək, Azərbaycan siyasi arenasında sivil, mədəni və ideoloji mübarizənin əsas dayaq nöqtələrindən birinə çevriləcək.

Azinforum.az 2 hissədən ibarət olan həmin videomüsahibəni təqdim edir:  

Həmçinin oxuyun

KİVDF cinayətində milyonçu Mehrac Babayev izi

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olunduğu gündən mediada yeni …