Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Manşet / Mənsimov-Abdullayev davası qızışır: İstanbul Prokurorluğu işə qarışdı

Mənsimov-Abdullayev davası qızışır: İstanbul Prokurorluğu işə qarışdı

“Yalıkavak Marina” ilə bağlı məhkəmə prosesləri ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Türkiyənin məşhur “Cümhuriyyət” qəzeti xəbər verir ki, prosesə İstanbul Cümhuriyyət Prokurorluğu da qarışıb və məhkəmə qərarına etiraz edib.

“Yalıkavak Marina” prosesi nədir?

Məhkəmə iddiasını azərbaycanlı iş adamı, dünyanın ən zənginlərindən olan Mübariz Mənsimov başladıb. Prosesin mahiyyətində isə bu dayanır:

Bodrum Yalıkavakda yatırımlar edən Mübariz Mənsimov 2010-cu ildə “Marina”nı yəhudi əsilli türkiyəli iş adamı Cefi Cozef Kamhidən 42 milyon dollara satın alır.

Eyni vaxtda 620 yaxtanı qəbul edəcək limana da sahib və dünyanın önəmli siyasət və iş adamlarının görüşdüyü yerlərdən olan “Yalıkavak Marina” otel və liman şəbəkəsinin idarəçiyini “Palmali” rəhbəri həmin vaxt işçisi və yaxın adamı sayılan Ələddin Aykoça verir. İdarəetmədə Əli Kamal Çelikten və Mehmet Ercil də yer alır. 2012-ci ildə şirkətin 50 faizi, 2016-cı ildə isə “Palmali” Otel İşləmləri Yatırım və Turizm şirkətinin bütün hissələri “RSR Holdinq”ə verilir. “RSR Holdinq”in sahibi azərbaycanlıların yaxşı tanıdığı, SOCAR-da uzun müddət çalışan, sonradan SOCAR rəhbərinin ailə biznesinin idarəetməsini həyata keçirən Anar Əlizadədir (Anar Əlizadə Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyevin özü və digər oğlanları Nihad və Bədəl də SOCAR-da yüksək vəzifələrdə çalışırlar).

Bir il keçəndən sonra isə M.Mənsimov alqı-satqıda aldadıldığını, otelin dəyərindən qat-qat ucuz satıldığını bildirərək, Palmarina Holdinq və RSR Holdinqi məhkəməyə verir.

Mənsimov “Marina”nın dəyərinin 220 milyon dollar olduğunu, ancaq 31 milyon dollar ödənildiyini bildirir.

İdarəetməyə Mehmet Ağar keçir

“Marina”nı məşhurlaşdıran sabiq daxili işlər naziri Mehmet Ağar olmuşdu. Bodrum Yalıkavak Turizm və Yaxta Limanı Yatırımlarında 2014-cü ildə Mehmet Ağarın oğlu, vəkil Zülfü Tolğa Ağar şöbə müdiri təyin edilir. Bununla da Ağar ailəsinin “Marina”dakı varlığı müzakirəyə çevrilir.

Mənsimov FETÖ ittihamı ilə ötən il həbs edilərkən Bodrum Yalıkavak Turizm və Yaxta Limanı Yatırımlarının idarə heyəti sədri vəzifəsinə Mehmet Ağar yiyələnir.

Mənsimovun həbs səbəbi budur?
Məşhur mafioz Sədat Pekər də yaydığı videolarda “Marina”nı gündəmə gətirmişdi. Müzakirələrdən sonra 1 iyunda “Marina” rəhbərliyi Ağarları qurumdan xaric etmişdilər.

Mənsimov isə “Marina”nı geri almaq üçün məhkəmə iddiası qaldırdığı səbəbindən həbs edildiyini iddia etmişdi. Mənsimov məhkəmədə “Marina”nı geri almaq üçün dava açdım. Bütün bunları məhkəmədən imtina etməyim üçün edirlər” demişdi.

Mənsimov məhkəmələri uduzdu

Bodrumda məhkəməni uduzan Mənsimov İstanbul 3-cü Ağır Cəza Məhkəməsində prosesi də 10 gün öncə uduzmuşdu.

Məhkəmə “Marina”nın sahibi Anar Əlizadə, Mənsimovun keçmiş işçiləri Ələddin Aykoç, Əli Kamal Çelikten və Mehmet Ercil haqqında bəraət qərarı vermişdi.

Prokurorluq protest verdi

Bu qərarın ardından isə İstanbul Prokurorluğu prosesi daha yuxarı instansiyada davam etdirmək üçün protest verib.

Prokurorluğun iddiasına görə, ittiham edilənlərə bəraət qərarı verilməsi qanunların pozulmasıdır.
Proses daha yuxarı instansiyada davam edəcək.
“Marina” otel-limanı

Bakupost.az

Həmçinin oxuyun

Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin”

Hazırda həbsdə olan, sabiq Baş prokuror Eldar Həsənovun qızı Səbinə Hüseynova özünün sosial şəbəkə hesabında …