Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Manşet / Mədət Quliyev: “Əməkdaşlarımız hazırda İraqdadırlar və məlumat araşdırılır”

Mədət Quliyev: “Əməkdaşlarımız hazırda İraqdadırlar və məlumat araşdırılır”

Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. İnanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir.

Azinforum.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
“İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir”, – deyə o bildirib.

M.Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: “Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir”.
Azərbaycan İŞİD terror təşkilatına qoşularaq ölən vətəndaşların övladlarının geri qaytarılması üçün iş aparır.

Həmçinin oxuyun

“Ermənilər ölülərinin qarnına bomba bağlayırdılar ki, biz yaxınlaşıb tərpədəndə, partlasınlar”

Aşağıda oxuyacağınız sətirləri Azərbaycan ordusunun rəşadətli hərbçilərindən biri – İqbal Səfərov yazıb. O, keşməkeşli döyüş …