Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Manşet / “Lotu Qulu”nin öldürüldüyü otel Kərəm Həsənovun yaxın adamına məxsusdur…

“Lotu Qulu”nin öldürüldüyü otel Kərəm Həsənovun yaxın adamına məxsusdur…

Vertex İnvestment Limited” şirkəti oteli azərbaycanlıya həvalə edibmiş

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində nahar etdiyi şəxs tərəfindən öldürülüb.

Başından 4 güllə yarası aldığı iddia olunan Nadir Səlifov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onu öldürənin öz yaxın adamı Xan Əhmədlinski ləqəbli kriminal avtoritet olduğu bildirilir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

Hadisə “Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsisdə baş verib.

Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.

Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.

Aznews.az saytı məlumat yayıb ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Azinforum.az bildirir ki, Sfera.az isə “Lotu Qulinin öldürüldüyü otelin azərbaycanlı sahibi Sərxan Babayevlə bağlı maraqlı informasiyalar əldə edib. Həmin məlumatda bildirilir ki, bu şəxs “DetAl Holdinq”in baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.

Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Adminstrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir.

Həmçinin oxuyun

“Zakir Fərəcov mənə yazdırdığı kitabın pulunu vermir” – VİDEO

Tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidov Azinforum.az-a müsahibə verib. O, müsahibəsində son vaxtlar korrupsiya ilə mübarizə …