Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Manşet / Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir

Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Orxan Cavanşir oğlu Cavanşirə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 142D ünvanında qeyri-yaşayış binasının (anbar) tikintisinə icazə verib.
Tikintisinə icazə verilən anbarın ümumi sahəsi 9 min 34 kv. metr olacaq.
Məlumat üçün bildirək ki, Orxan Cavanşir oğlu Cavanşir millət vəkili Cavanşir Feyziyevin oğludur.
Millət vəkilinin 1994-cü il təvəllüdlü oğlu bir müddət əvvəl “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin keçirdiyi tender müsabiqəsində qalib olub. Orxan Cavanşir “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə ofis və anbar kompleksi icarəyə verib və qarşılığnda 1 milyon 176 min manat alıb.
Xatırladaq ki, bu yaxınlarda Britaniya Ali Məhkəməsi Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri ilə bağlı məsələyə baxıb və sözügedən əmlak portfelinin dondurulması barədə qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, söhbət 39,5 milyon funt sterlinqdən (85,1 milyon manat) artıq qiymətə alınmış 22 əmlakdan gedir. Deputat və həyat yoldaşının 22 mülkü qeyri-qanuni yollarla qazanılan vəsaitlər hesabına əldə etdiyi ehtimal edilir. Yeniavaz.com

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …