Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / “Laba” Kəramətin “Pozğun”una pul veribmi?

“Laba” Kəramətin “Pozğun”una pul veribmi?

Artıq bir neçə gündür ki, gənc yazar Kəramət Böyükçöl müəllifi olduğu “Pozğun” romanının səyyar satışını təşkil edir. Müəllif kitab satışı ilə bağlı məlumatları öz “Facebook” səhifəsi vasitəsilə ictimailəşdirir. Əsasən metronun “Elmlər Akademiyası” stansiyasına yaxın çayxanalardan birində kitab satışını təşkil edən Böyükçöl birdən-birə daimi satış yerini dəyişərək, naməlum bir obyektdən şəkil paylaşıb və bu qeydləri yazıb:


“Millət vəkili Adil Əliyevin qonağı olmaq və ona kitab satmaq çox xoşdu. Adil müəllim kitabın yanında olan adamdı. Var olsun”.

Ancaq paylaşılan fotoda üçüncü adamın kimliyi xüsüsən diqqəti cəlb edib. Azinforum.az bildirir ki, fotodakı üçüncü şəxs Sədərək Gömrük Məntəqəsinin sabiq rəisi “Laba” ləqəbi ilə tanınan Mübariz Pənahovdur. O, vəzifəsindən uzaqlaşdırılandan sonra, Bakı şəhərində yaşayır. Hazırda Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin müavini olan “Laba” həm də olduqca zəngin adam kimi xarakterizə edilir. Bu baxımdan da, onun “Pozğun” romanını alıb-almadığı, əgər alıbsa, yazıçıya bunun müqabilində nə qədər pul verdiyi çox maraqlıdır. Çox əliaçıq adam kimi xarakterizə olunan “Laba” yəqin ki, Kəramətə hansısa jesti edib. Ancaq kitabın birini 10 manata satan yazıçı, Adıl Əliyev və Mübariz Pənahovun ona nə qədər pul verdiklərini yazmayıb. Bunu yazıçının özü ilə dəqiqləşdirməyə çalışacayıq…

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …