Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Kosmetoloq jurnalistin ona sevgi “podxodu” etdiyini deyir – Elnarə Rzayevanın brifinqində qalmaqal

Kosmetoloq jurnalistin ona sevgi “podxodu” etdiyini deyir – Elnarə Rzayevanın brifinqində qalmaqal

Bu gün adı son günlərin çeşidli qalmaqallarında hallanan kosmetoloq Elnarə Rzayeva Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Qeyd edək ki, Elnarə Razyeva bir neçə gün əvvəl də, mətbuat konfransı keçirməyə cəhd edib, lakin sonradan tədbiri bəlli olmayan səbəblərə görə təxirə salmalı olub. Keçirilən tədbirlə bağlı aparıcı media resurslarına dəvət göndərilmədiyi səbəbindən, mətbuat konfransı barədə KİV-lərdə demək olar ki, dolğun məlumata rast gəlinmir. Elnarə Rzayevanın niyə belə qapalı çevrədə mətbuat konfransı keçirməsi ilə bağlı fikirlərini Azinforum.az İnformasiya Portalı ilə jurnalist, Reportyor.info saytının Baş redaktoru Arifə Əliyeva bölüşüb. Xanım jurnalistin sözlərinə görə, o, təsadüfən həmin tədbirin keçirildiyinin şahidi olub:

Foto – Arifə Əliyeva

“Mən tam başqa bir tədbirdə iştirak etmək üçün həmin binadaydım. Təsadüfən mətbuat konfransının keçirildiyi zala daxil oldum. Məlum oldu ki, kosmetoloq tədbirə özünə yaxın bir qrup jurnalisti dəvət edib və orada fikirlərini bölüşməklə deyil, qeybət etməklə məşğul olur. Elnarə Rzayeva onunla bağlı son günlər daha çox məlumat verən Criminal.az saytının Baş redaktoru, tanınmış jurnalist Anar Məmmədovun barəsində hədyanlar yağdırdı. Onu şantajçı və başqa təhqiredici ifadələrlə təsfir etdi. Çox maraqlıdır ki, zalda olan jurnalistlər öz həmkarlarının müdafiəsinə qalxmaq əvəzinə, Elnarənin nağıllarından hayıl-mayıl olmuşdular. Ən maraqlısı isə budur ki, Elnarə Rzayeva bildirdi ki, Criminal.az saytının onunla bağlı belə mövqe tutmasının kökündə saytın rəhbəri Anar Məmmədovun ona sevgi “podxodu” etməsi amili dayanır. Kosmetoloq dedi ki, Anarın sayta yerləşdirdiyi xəbərlərin saatlarına baxılsın, ounlar adətən yemək vaxtına təsadüf edir. E. Rzayeva bunun səbəbini Anarın onunla münasibət qurmaq istəyi ilə əlaqələndirdi. Bildirdi ki, o jurnalistə razılıq vermədiyi səbəbindən Anarın qərəzli mövqeyi ilə üzləşməli olub. Onun iddiasına görə, jurnalist kosmetoloqu əldə edə bilmədiyindən o, Anarın yadına yalnız yem olaraq yemək vaxtları düşür”. Jurnalist bildirdi ki, o, kosmetoloqun bu mövqeyinə kəskin etiraz edib: “Zalda əməlli-başlı qalmaqal yaşandı. Kosmetoloqun ətrafına topladığı bəzi jurnalistlər az qaldılar üstümə hücum çəksinlər”.

Azinforum.az səslənən ittihamlarla bağlı Criminal.az saytının baş redaktoru Anar Məmmədovla əlaqə saxlayıb. Jurnalist Elnarə Rzayevanın iddialarını absurd adlandırdı: “Elnarənin qurbanlarını ortaya çıxarandan sonra mənim haqqımda nələr danışmadı… Əvvəl guya ondan nəsə tələb etmişəm, o da rədd etdiyi üçün yazmağa başlamışam. Sonra məni başqalarının sifarişi ilə onun qara piarını aparmaqda ittiham etdi. Daha sonra hərbi xidmətdən yayınmaqda ittiham etdi. Bu gün isə sevgi məsələsi… Sozün düzü atdığı böhtanların içərisində sonuncu sevgi ittihamı Elnarənin hansı durumda olmağından xəbər verir. Məni onunla bağlı araşdırmalardan çəkindirmək üçün sevgi məsələsini atıb ortaya. Yəqin ki, yaxın günlərdə onunla bağlı növbəti yazılarımdan sonra sevginin detallarını da açıqlayacaq. Səbrsiliklə gözləyəcəm… Özü barəsində yayılan çirkin xəbərlərə sevgi donu geyindirmək əslində Elnarə tərəfindən qurulmuş ən uğurlu taktikadır. Yəqin son günlərin məşhur dodaq ‘’ustası’’nın mənim dodağıma əli çatmadığından, ürəyimə əl uzadır…”

Çinarə SEYİDOVA,
Azinforum.az

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …