Ana səhifə / Manşet / Koronavirusdan öldüyü deyilən icra başçısı ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

Koronavirusdan öldüyü deyilən icra başçısı ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin koronavirusdan (COVİD-19) vəfat etməsilə bağlı məlumatlar yalandır.

Bunu Unikal.org-a açıqlamasında İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva bildirib.

S.Mirzəliyeva qeyd edib ki, hazırda xəstəxana şəraitində müalicə alan başçının vəziyyəti stabildir.

*** 23:28

Azərbaycanda icra başçısı dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bir müddət öncə koronavirus infeksiyasına yoluxub və müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Tağıyev Vahid Heydər oğlu 1961-ci ildə Göyçay rayonunun Alpout kəndində anadan olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Həmçinin oxuyun

Yevlaxın icra başçısının imarətində müəmmalı intihar

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi …