Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Manşet / Könüllü müharibəyə gedən, qəhrəmancasına döyüşüb ağır yaralanan üniversitet tələbəsi – FOTOLAR

Könüllü müharibəyə gedən, qəhrəmancasına döyüşüb ağır yaralanan üniversitet tələbəsi – FOTOLAR

Gəlin, daha bir cəsur döyüşçümüzü, canının Vətən yolunda fəda edən qəhrəmanımızı tanıyaq. Fotolarda gördüyünüz bu igid Əmirov Səlim Natiq oğludur. O, 2000-ci ilin mart ayının 11-də Gəncə şəhərində anadan olub.

Gəncə Dövlət Universitetinin “Turizm və otelçilik” fakültəsinin 2-ci kurs tələbəsidir. Könüllü olaraq müharibəyə gedən Səlim Şuşa uğrunda döyüşlərdə fəal iştirak edib. Noyabr ayının 7-sində 52 nəfərlik dəstənin tərkibində sayı 100-dən artıq olan erməni qrupu ilə döyüşə girənlərdən olub. Həmin qrupu tam məhv ediblər. Səlimin özünün şəxsən 8 ermənini cəhənnəmə göndərdiyini deyirlər.

Şuşanı fəth edəndən sonra, Səlim Xankəndi istiqamətində gedən döyüşlərə atılır və müharibənin son günündə ağır yaralanır. Güllə onun sol qulağının altından girib, onurğasının üst tərəfindən çıxıb. Atılan əl qumbarası həm də onun ayaq topuğunun üstünü üzüb aparıb, vətərləri qopub, sinirləri zədələnib, sümüyü sınıb.

Bir sözlə, qəhrəmanımız sırf möcüzə nəticəsində sağ qalıb. Hazırda Bakıdakı Tədris Cərrahiyyə Xəstəxanasında müalicə olunan igidimizə Allahdan şəfa diləyirik.

Azinforum.az qəhrəmanımızın fotolarını təqdim edir:

Həmçinin oxuyun

“Qaçqınkom”un bu bölmələri ləğv edildi, yeniləri yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb. Bu barədə Azinforum.az-a qurumdan …