Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Kollegiya sədri Əhəd Abıyevin rayonundakı bərbad idarəetməni ifşa etdi

Kollegiya sədri Əhəd Abıyevin rayonundakı bərbad idarəetməni ifşa etdi

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz “Facebook” səhifəsində yay istirahəti ilə bağlı post paylaşıb. Baş vəkil bunun fonunda istirahət etdiyi Daşkəsən rayonunda cibbi problemlərin olduğuna da işarə edib. Azinforum.az Anar Bağırovun fikirlərini təqdim edir:

“Azərbaycanın ən dağlıq şəhəri Daşkəsən dəniz səviyyəsindən 1630 m. hündürlükdə yerləşir. Ənənəmə sadiq qalaraq , yayda ailəmlə birgə bu rayonun Xoşbulaq yaylağında istirahət edirəm. Təəssüf ki, müəyyən məişət çətinlikləri mövcuddur (elektrik enerjisinin hər gün saat 10-dan 19-dək olmaması, məişət tullantıları ilə bağlı bərbad vəziyyət), ancaq buranın gözəl insanları, təbiəti, havanın ən isti günlərdə belə +27 dərəcədən yuxarı olmaması, saf suyu və dağ havası bütün çətinlikləri asanlıqla kompensasiya edir”.

Azinforum.az

Həmçinin oxuyun

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …