Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Manşet / Kimsəsiz uşaqlar üçün sığınacaq açan fiziki qüsurlu xanım: “Mehriban xanım Əliyevanın dəstəyinə ehtiyacımız var”

Kimsəsiz uşaqlar üçün sığınacaq açan fiziki qüsurlu xanım: “Mehriban xanım Əliyevanın dəstəyinə ehtiyacımız var”

Dörd ildir kimsəsiz və xəstələrə yardım edən Aynurə Xudiyeva Sabunçu rayonu, Ramana qəsəbəsində öz hesabına sığınacaq mərkəzi yaradıb. O deyir ki, 18 yaşına qədər kimsəsiz və fiziki qüsurlu şəxslər bu sığınacağa müraciət edə bilərlər. Artıq həmin sığınacağa 11 azyaşlı uşaq yerləşdirilib. Valideynləri tərəfindən tərk edilən uşaqlara sahib çıxan sığınacağın rəhbəri   Aynurə Xudiyevanın özü də fiziki qüsurludu. Məlumat üçün bildirək ki, A.Xudiyeva 19 yaşında üçüncü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Həkimlər onu bir neçə il ərzində 28 dəfə əməliyyat ediblər. Sonuncu əməliyyata girərkən isə sağ çıxma şansının olmadığını eşidib. “Sağ qalaramsa ömür boyu kimsəsiz uşaqlara xidmət edəcəyəm” deyən Aynurənin növbəti əməliyyatı uğurlar keçib. O, araba ilə hərəkət etmək imkanı qazanıb. Bundan sonra arzusunda olduğu sığınacağı yaradıb. Aynurə Xudiyeva bildirir ki, sığınacağı  öz şəxsi əlaqələri hesabına xeyirxah insanların maddi və mənəvi dəstəyinin köməyi ilə saxlayır:

“İnanın ki, ordakı uşaqların bütün problemlərini həll etmişik. Mənim arzum budur ki, sığınacağı bir qədər də böyüdüm, oranın şəraitini daha ideal səviyyəyə salım. Bunun üçün sizin sayt vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm. Bilirəm ki, bütün sahələrdə olduğu kimi, Mehriban xanım kimsəsiz uşaqlara da böyük qayğı göstərir. Çox xahiş edirəm  ki, hörmətli Mehriban xanım “Nur” adlı uşaqlar üçün nəzərdə tutulan sığınacağımızı da öz diqqət mərkəzinə alsın. Əminəm ki, hörmətli Mehriban xanım bizim fəaliyyətimizlə tanış olsa, öz dəstəyini əsirgəməyəcək”.

Azinforum.az

Həmçinin oxuyun

İSBAM Kocaelidə Xocalı soyqırımı parkının salınmasına razılıq aldı – FOTO

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Türkiyənin …