Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Kimlər “KQB”nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır+VİDEO

Kimlər “KQB”nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır+VİDEO

1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər 1993-cü ilin iyununda baş verən və Əbülfəz Elçibəyin hakimiyyətinə son qoyan hadisələrin bəzi təfərrüatlarını 27 ildən sonra açıqlayıb… S.Əkbər o zamankı proseslərlə bağlı “Azadlıq radiosu”na geniş müsahibə verib. O, müsahibəsində Əbülfəz Elçibəyin Rusiya xüsusi xidmət orqanlarının agenti olması barədə sensasion ittihamlar irəli sürüb. S.Əkbər iddia edir ki, Rusiya xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirilmişdi: “Həmin vaxt mən təzəcə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunmuşdum. İlk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Amma cəbhə hakimiyyəti arxivlərin açılmasına imkan vermədi. Hətta bu arxivlər Sülhəddin Əkbərin özü üçün də bağlı oldu.

Bunu mən ilk dəfə açıqlayıram, həmin arxivlər İnqilab Komitəsi tərəfindən möhürlənmişdi və bu, qanunsuz idi. Arxivlər açılsaydı, biz bununla çox şey edə bilərdik. Amma siyasi rəhbərlik bizə imkan vermədi. Arxivlərin açılmasına Elçibəy hakimiyyəti imkan vermədi. Mən həmin dövrdə araşdırdım və bəlli oldu ki, fəaliyyətdə olan agentura başqa bir formada saxlanılır. Məhz bunun əsasında araşdırmalara başladım. Bəlli oldu ki, bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında “KQB” ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var. Onlar qanunverici və digər ən yüksək vəzifədə olan şəxslər idi. Mən onlar haqqında məlumatlar topladım, öz əlimlə siyahı tərtib etdim və birbaşa prezidentə məruzə etdim. Bu, çox məxfi məsələ idi. Ancaq prezident mənə həmin dəqiqə cavab vermədi. Mən onu aylarla gözlədim. Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan idarə olunurdu və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu”. S.Əkbər qeyd edib ki, Əbülfəz Elçibəy hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə göz yumub: “Mənə dedilər ki, Prezident səni çağırır. Qəbula getdim və gördüm ki, İmam Mustafayev də Prezidentin yanındadır. Əbülfəz bəy, İmam Mustafayevin yanında mənə dedi ki, ərəblər əsrlər əvvəl Qəbələnin Vəndam kəndində qızıl və zinyət əşyaları qoyub gediblər. Əbülfəz bəy mənə təklif etdi ki, gedim o qızılı tapım. Yəni, mən Bakıdan Qəbələyə qızıl axtarışı üçün ezam olundum. Təbii ki, orada heç nə yox idi və mən bunu bilirdim. Ora getdim, bir müddət orada qalmalı oldum. Həmin dövrdə mənə ən yaxın İsa Qəmbər idi. Baş verənləri İsa bəyə danışdım. Sonra isə mənim nazir kimi namizədliyim irəli sürüləndə, Əbülfəz Elçibəy bərk əsəbləşib və açıq şəkildə “siz görün kimi müdafiə edirsiniz” deyib. O, gəlin filankəslərin haqqında filan məlumatları verir, siz isə o adamın Milli Təhlükəsizlik naziri təyin olmasını istədi. Həmin şəxslərin bir neçəsi sonra gəlib mənimlə söhbət elədilər, bu gün də onlar da həyatdadılar”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …