Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Manşet / Kim-kimi özünə işlədib?

Kim-kimi özünə işlədib?

Bəxtiyar Hacıyev həbsdə olmasaydı, bu yazının tənqid dozasını bir qədər artıq edərdim. Allah qapısını açsın, deyib, keçirəm əsas mətləbə. Yəqin təxminən söhbətin nədən gedəcəyini zənn etdiniz.

Sosial şəbəkələrdə özünü cəmiyyətdəki radikal narazı elektoratın təmsilçisi kimi qələmə verən Bəxtiyar Hacıyevlə, hakimiyyətin nəzarətində olan APA Media Holdinqin rəhbəri Vüsalə Mahirqızının səsli mesajlasmasını sübut edən səs yazısı yayılıb.

Adəti üzrə, yəqin ki, Bəxtiyar Hacıyevin təmsil olunduğu düşərgə səs yazısının montaj edildiyi və Bəxtiyara aid olmadığına dair iddia ortaya qoyacaq. Ancaq mən səs yazısının təhrif edilmədiyi və şəkildə gördüyünüz bu iki personaya aid olduğuna tam əminəm.

İndi gələk, bu mövzudan doğan nəticəyə.
Düşünürəm ki, burada Vüsalə Mahirqızı üçün irad tutulası, onu xəyanətdə ittiham ediləsi bir əsas yoxdur. Adam Kəmaləddin Heydərova bağlı olan bir media quruluşunun rəhbəri kimi, öz şefinin rəhbəri olduğu nazirliyinin reputasiyanı qorumaq üçün radikal müxalif mövqeli bir adamı özünə işlədir.

Onu FHN-nin ştatdankənar “piarşiki” kimi istifadə edir. Bu xidmət əvəzində Bəxtiyarın pul alıb-almadığı isə tam başqa mövzunun söhbətidir. Onu da əminliklə demək olar ki, Vüsalə Mahirqızı tərəfdən bu addımlar özfəaliyyət olaraq atıla bilməz.

Vüsalə xanım asanlıqla belə tələlərə düşən olsaydı, 17 il bir iqtidara xidmət edən, böyük büdcəli bir media holdinqə rəhbərlik edə bilməzdi. Əslində, Bəxtiyar pişik “razborkasına” girişməklə, özü-özünü ifşa etməsəydi Vüsalə Mahirqızı ilə hələ çox belə təmasları olacaqdı.

Məsələnin ən ayıb tərəfi Hacıyev üçündür. Faktiki olaraq o, böyük bir toplumun hissləri, səmimiyyəti ilə manipulyasiya edərək , gündüz onların , axşam isə iqtidarın yanında olduğunu sübut etmiş oldu. Aydın oldu ki, Bəxtiyar nəinki gecələr iqtidarın yanında olur, hətta yeri gəlsə, bu hakimiyyət üçün ən çox müxalifətçi “verbovka” etmiş bir çevrə üçün piar xidməti də göstərirmiş.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Samir Adıgözəlli Rusiyadan deport edildi- Video

Dünən Rusiyanın paytaxtı Moskva şəhərindəki “Şeremetevo” hava limanında saxlanılan İSBAM sədri Samir Adıgözəlli Rusiyadan deoprt …