Ana səhifə / Manşet / Kılıçdaroğlu nəzarətçilərə müraciət etdi: “Tərk etməyin”

Kılıçdaroğlu nəzarətçilərə müraciət etdi: “Tərk etməyin”

“Mən demokratiya qəhrəmanlarımıza səsləmək istəyirəm. Nə olursa olsun, imzalanmış sonuncu seçki qutusu hesabatı çatdırılana qədər seçki qutularını tərk etməyin”.
Azinforum.az  xəbər verir ki, bu sözləri “Millət” alyansının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu “Twitter”də yazıb.
O, seçki məntəqələrindəki nəzarətçilərə müraciətində bildirib:
“Xalqın iradəsinin tam və düzgün təzahürü sizin qətiyyətinizdən asılıdır. Görəcəksiniz, yorulmağınıza dəyəcək”.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Məmləkət Partiyasının lideri Məhərrəm İncə mayın 11-də namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabətin əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçəcəyi gözlənilir.
Həmçinin “Ata” alyansının təmsilçisi Sinan Oğan da namizədlər arasındadır.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …