Çərşənbə , Mart 3 2021
Ana səhifə / Manşet / Keçmiş döyüşçünün əfvi ilə bağlı Prezidentə müraciət edildi

Keçmiş döyüşçünün əfvi ilə bağlı Prezidentə müraciət edildi

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Birinci Qarabağ Müharibəsi iştirakçılarından olan və hazırda ömürlük azadlıqdan məhrum edilmiş İntiqam Qayıbovun əfv olunması üçün Prezidentə müraciət edib. Məlumat üçün bildirək ki, İ. Qayıbov Milli qəhrəman Əlyar Əliyevin komandiri olduğu “Qaranquş” kəşfiyyat-diversiya bölüyünün komandir müavini olub. Redaksiyamıza daxil olan həmin müraciəti təqdim edirik:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

İlk növbədə Sizi komandanlığınız altında Azərbaycanın Vətən Müharibəsində qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edirik!

Bu qələbə xalqımızı nə qədər qürurlandırdısa, liderliyiniz ətrafında bütün xalqın birləşərək milli birlik sərgiləməsidə bizə misli olmayan qürur yaşatdı. Necə ki, Siz “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadənizi hər addımınızda təsdiqləmiş oldunuz, hər bir azərbaycanlı da Sizin əsgəriniz olduğunu nümayiş etdirdi. Bütün dünyada heyranlıq doğuran bu birlik sarsılmazdır.Hər bir azərbaycanlının prezidenti kimi göstərdiyiniz diqqət və qayğını Birinci Qarabağ Müharibəsi iştirakçıları və onların ailələri də daim öz üzərlərində gördülər. Bunun üçün də Sizə sonsuz minnətdar olduğumuzu diqqətinizə çatdırmaq istəyirik.

Sahib olduğunuz bu dəyərlər və prinsiplərə görə Birinci Qarabağ Müharibəsinin qəhrəman döyüşçülərindən biri haqqında Sizə etdiyimiz bu müraciətə həssaslıqla yanaşacağınıza əminik.

Belə ki,Azərbaycanın ərazi bütövlüyü uğrunda könüllü olaraq silaha sarılan oğullarımızdan olan Qayıbov İntiqam Yusif oğlu Birinci Qarabağ Müharibəsinin ən qanlı-qadallı və vahiməli döyüşlərində iştirak etmişdir. Tabeliyində olduğu könüllü dəstənin qəhrəmanlıqları dillər əzbəridir. Həmin dəstənin iki döyüşçüsü – Şəhid Əliyar Əliyev və Şəhid Aqil Məmmədov Azərbaycan Milli Qəhrəmanı fəxri adlarına layiq görülmüşlər. Kəşfiyyat dəstəsində xidmət edən İntiqam Qayıbovun isə şücaətləri əksər müharibə iştirakçılarına məlumdur.

Lakino,müharibədən sonra bir cinayətlə bağlı təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmişdir. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq, 27 ildən artıq həbs cəzası çəkmiş İntiqam Qayıbovunömürlük azadlıqdan məhrum etmə cəzasının 25 il azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsinə dair müraciət Qaradağ rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir (hakim Teymur Qurbanov), hazırda həmin qərardan verilmiş şikayət Bakı Appelyasiya Məhkəməsində araşdırılır.

Möhtərəm Prezident,

Sizin müharibə iştirakçılarına və onların ailələrinə göstərdiyiniz diqqət və qayğıları, eləcə dəbu insanlar barədə daha humanist davranılması ilə bağlı daim verdiyiniz tövsiyələri rəhbər tutaraq xahiş edirik ki,Qayıbov İntiqam Yusif oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrundakı xidmətlərini nəzərə alaraq onu əfv edəsiniz.

Yaşı ötmüş bu döyüşçünün uğrunda döyüşdüyü torpaqlar və doğma Qubadlı şəhəri artıq Sizin komamdanlığınız altında azad edilib.Hesab edirik ki, onun bütün məcburi köçkünlər kimi vətənə qayıtmaq yanğısını, arzusunu xidmətləri qarşılığında təmin etmək məqsədi ilə 27 illik məhbəs həyatından sonra azad edilməsi dövlətin ən humanist davranışlatından biri olar.

Dərin hörmət və ehtiramla, Sədr  M.Mehdiyev“.

Həmçinin oxuyun

“Elmar o zaman bilərəkdən ölümə getməklə özünü “eynullalaşmaqdan” qorudu”

Bu gün rusca nəşr olunan “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirildiyi gündür. Onu …