Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Karantin qaydalarını pozan vəkil jurnalistin ittihamlarına münasibət bildirdi…

Karantin qaydalarını pozan vəkil jurnalistin ittihamlarına münasibət bildirdi…

Məlum olduğu kimi, jurnalist Məhəmmədəli Qəribli həbsdən azad olunan MTN-in sabiq generalı Akif Covdarovun vəkili Kamandar Nəsibovun barəsində ölçü götürməklə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət edib. Jurnalist öz müraciətində Kamandar Nəsibovun nümayişkaranə şəkildə karantin rejimini pozması ilə balğı fotoları da publikanın müzakirəsinə verib. Vəkilin məsələyə münasibəti belə olub:


“5 ildir ki, bu işi aparan vəkil artıq ailə üzvü kimi qəbul edildiyini bildirib. Hələ də başa düşmürlər ki, söhbət nədən gedir. Akif müəllim buraxılandan sonra evə gəldik. Evdə 4-5 nəfər ailə üzvləri vardı. Getmək istəyərkən icazə vermədilər, dedilər, bir tikə çörək yeyin, sonra gedərsiniz. Biz də oturduq. Burda axı nə var? Ailə üzvləri onsuz da bir yerdədir. Bizi də 5 ildir bu işi apardığmızdan ailə üzvü kimi qəbul edirlər”.


Qeyd edək ki, ləğv olunmuş MTN-nin energetika və nəqliyyatda təhlükəsizlik baş idarəsinin sabiq rəisi Akif Çovdarovun evindən foto paylaşılıb və karantin qaydalarının pozulduğu bildirlib.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …