Cümə , Avqust 7 2020
Ana səhifə / Manşet / Kəmaləddin Heydərovun işçisi jurnalisti ölümlə hədələyir – VİDEO

Kəmaləddin Heydərovun işçisi jurnalisti ölümlə hədələyir – VİDEO

“Böyük Millət” xəbər portalının rəhbəri, tanınmış QHT fəalı Samir Adıgözəlli Fövqəladə Hallar Nazirliyinin rəhbər işçilərindən biri tərəfindən ölümlə hədələndiyini bildirib.

Azinforum.az S.Adıgözəllinin bu xüsusda yazdığı statusu təqdim edir:

“Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova müraciət. Hörmətli nazir! Nəzərinizə çatdırmaq istəyirəm ki, sizin rəhbəri olduğunuz qurum barədə sosial şəbəkədə yazdığım tənqidi statusun altında nazirliyinizin Sahib Tarverdiyev adlı əməkdaşı məni ən kobud küçə söyüşləri ilə təhqir edib və sonra öldürüb, məhv edəcəyi ilə hədələyib. Araşdırdıqdan sonra məlub olub ki, Sahib Tarverdiyev rəhbəri olduğunuz qurumun Kadrlar İdarəsinin əməkdaşıdır. Cənab Prezident öz çıxışlarında medianın fəaliyyətinə böyük önəm verdiyini dəfələrlə bəyan edib. Jurnalistlərdən, Vətəndaş Cəmiyyətindən ictimai nəzarətin formalaşmasında fəal olmağı tələb edib. Bu o anlama gəlir ki, bizim sağlam tənqidlərimizi ölkə rəhbərliyi də təqdir edir. Belə olan təqdirdə, sizin əməkdaşlara kim bu haqqı verib ki, jurnalisti təhqir və təhdid etsinlər? Xahiş edirəm ki, əməkdaşınız Sahib Tarverdiyevlə bağlı ciddi tədbir görəsiniz. Əks təqdirdə, mən hüquqlarımın qorunması üçün hüquq-mühafizə və məhkəmə orqanlarına şikayət edəcəm”.

Həmçinin oxuyun

“Bakı-Xəbər” qəzetinin redaksiyasında dəyirmi masa keçirildi – FOTO

“Bakı-Xəbər” qəzetinin redaksiyasında Azərbaycanın tanınmış ziyalılarının-İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai …