Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Manşet / KƏMALƏDDİN HEYDƏROV QƏZAYA DÜŞDÜ – Hadisənin anbaan VİDEOSU

KƏMALƏDDİN HEYDƏROV QƏZAYA DÜŞDÜ – Hadisənin anbaan VİDEOSU

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobilinin qəza keçirməsi barədə xəbərlər videogörüntülərlə təsdiq olunub.

Nazirin qəzaya düşməsi barədə məlumatlar dünən günün ikinci yarısında yayılıb. Bildirilib ki, K.Heydərovun da içində olduğu avtomobil dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində işıqfordan keçmək istəyərkən başqa bir avtomobillə toqquşub. Hadisə nəticəsində K.Heydərov və onun sürücüsü xəsarət almayıblar.

Şahidlər bildirirdilər ki, mühafizəçilər dərhal naziri başqa bir avtomobilə əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Bütün bu iddialar dünən gecə saatlarında hadisə anının anbaan videogörüntülərilə təsdiqini tapıb.

Kadrlardan görünür ki, 90 AA 900 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqfor kəsişməsində “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yasdıqları açılır.

Bundan sonra K.Heydərov başqa maşına əyləşərək yoluna davam edir.

Nazirin düşdüyü qəza ilə bağlı rəsmi açıqlama verilməyib.

***

K.Heydərov qəza ilə bağlı unikal.org-a qısa açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib:

“Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı deyərdim. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.

Həmçinin oxuyun

İSBAM Türkiyədə möhtəşəm layihə icra etdi – FOTOLAR

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihə çərçivəsində İctimai Siyasi Proseslər …