Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Jurnalistlər “gömrükçü” kimi çalışdılar – FOTO

Jurnalistlər “gömrükçü” kimi çalışdılar – FOTO

Kütləvi informasiya vasitələrinin nümayəndələri Rusiya ilə dövlət sərhədində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna səfər edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, tədbir komitənin media nümayəndələri üçün təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim çərçivəsində baş tutub.

Öncə media nümayəndələrinə “Samur” gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verilib. Jurnalistlər idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırılıb, gömrük-sərhəd keçid məntəqəsində gömrükçülərlə birlikdə gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak ediblər.

 

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …