Ana səhifə / Manşet / Jurnalistlərin özünüsenzurasından və qoyulan STOP-lardan doğan reallıqlar…

Jurnalistlərin özünüsenzurasından və qoyulan STOP-lardan doğan reallıqlar…

Sosial şəbəkələrin inkişafının jurnalistlərin fəaliyyəti üçün bir sıra əlverişli imkanlar yaratmaqla yanaşı, onlarda özünüsenzuranın formalaşmasında da mühüm rol oynayır. Bir sözlə, oxucu ilə jurnalistin arasında yaranan birbaşa təmas imkanları bizi bəzi mövzulara toxunmaqla bağlı gözüqıpıq edib.

Söhbət heç də İlham Əliyevin siyasətini birbaşa tənqid etmək kimi jurnalist cəsarətindən getmir. Adi sosial mövzulardan doğan narazılıqları, hansısa orta ranqlı məmurun tənqidini, bəzi dövlət qurumlarının dövləti deyil, korporativ maraqları naminə mediaya qoyduqları STOP-ları nəzərə almaqla bir çox vacib məqamların üstündən sükutla keçirik.

Nəticədə şəkildə gördüyünüz mənzərə yaranır. Biz çox həssas təbəqə saydığımız üçün bəzi şəhid ailələrinin və qazilərin etdikləri qanunsuzluqlara göz yummalı oluruq. İctimai rəydə daş-qalaq olmaqdan qorxuruq, paylaşacağımız yazının altında oxucunun birbaşa ünvanımıza yazacağı söyüşlərdən çəkinirik.

Hətta vəziyyət o həddə çatıb ki, Türkiyənin birbaşa terror təşkilatı elan olunduğu FETO və onun Azərbaycandakı mühüm dayaqlarından nəsə yazmağa belə mediamız və fərdlərimiz qorxur. Son vaxtlar heç bu mövzuda tənqidə rast gəlibsinizmi? Bu potensialda ola bilən jurnalistlər həmin şəbəkənin əlaltıları tərəfindən müxtəlif dövlət qurumlarının və öz əllərində olan resursların adı ilə şantaj edilir. Bu barədə daha ətraflə bəhs edəcəm…

Yadımdadır, Aprel döyüşlərindən sonra Ramiz Mehdiyevin rəhbərliyi ilə PA-da media rəhbərlərinin iştirakı ilə bir müşavirə keçirildi. Loru dillə izah etsək, sonda belə bir qərar qəbul edildi ki, Ordumuzla bağlı neqativ nəsə yazılsa, həmin adamlar erməni dəyirmanına sü tökən kimi tanınacaq.

Nəticədə Ordu bir neçə il ictimai nəzarətdən kənarda qaldı. DTX-nın Müdafiə Nazirliyində apadığı əməliyyatdan sonra məlum oldu ki, Ordumuza ayrılan büdcə məhz həmin illər ərzində səlahiyyətli şəxslər tərəfindən vəhşicəsinə mənimsənilib. İndi hansısa quruma ictimai və xüsusilə də media nəzarətinin olmadığının acı nəticələrini gördünüzmü?

Buna görə də, heç bir xüsusi təbəqə, qurup, dövlət qurumu sağlam tənqiddən kənarda qalmamalıdır. Bir müddət əvvəl mənim avtomobilimi nömrəsiz və hər tərəfi qara şüşələrlə örtülən bir maşın vurdu. Günah onlardaydı. Avtomobildən əli çəlikli bir neçə nəfər düşdü və özlərini qazi kimi təqdim edərək məni borçlu çıxarmağa çalışdılar. Dedim, qanuna tabe olun, sizin statusda olan adamdan biri də mənim evimdədir. Ancaq o, sizin kimi davranış ortaya qoymur!

Hadisə yerinə gələn DYP əməkdaşı qulağıma pıçıldadıkı başını burax, qazilərdi. Dirəşdim və hadisənin obyektiv araşdırılmasını tələb etdim. Məlum oldu ki, həmin qazilər şəhərdəki ən çox pul gətirən marşrut xəttinin sahibləridir. Mənə dəymiş ziyanı qəpiyinə kimi onlardan aldım. Dövlət qazilərə şərait yaradıb ki, onlar sürməyə avtomobillə, qazanc üçün marşrut xətti ilə təmin olunublar.

Daha onlara deməyib ki, get kasıb bir jurnalistin maşınını nömrəsiz avtomobillə əz, sonra da onun üstünə xod get. Bu baxımdan da, xanımın etdiyi əmələ “şəhid xanımıdır”, deyib, göz yummamalıyıq. Belə olanda, bənzər hallar pis president yaradır. Sabah başqaları da bu əməli təkarar etmiş olacaqlar. Mən jurnalistlərdən, ictimai fəal insanlardan xahiş edirəm ki, bu kimi və yuxarıda qeyd etdiyim halların ictimailəşməsində nədənsə çəkinməsinlər…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Sərhəd zabiti olan çempion Rəsul Cunayev gənclərimizə hansı mənfi örnəyi göstərir?

Fotoda gördüyünüz bu şəxs Azərbaycanın tanınmış güləşçisi Rəsul Cunayevdir. O, idman sahəsində ciddi uğurlara imza …