Ana səhifə / Manşet / Jurnalistlərdən xeyriyyəçi təşəbbüs – Minayə ananın soyuducu problemi həll edildi + VİDEO

Jurnalistlərdən xeyriyyəçi təşəbbüs – Minayə ananın soyuducu problemi həll edildi + VİDEO

Bir neçə gün əvvəl, Pirşağı qəsəbəsi “İkinci Sovxoz” ərazisində imkansız vəziyyətdə yaşayan Minayə İmanovanın soyuducuya ehtiyacı olduğu ilə bağlı məlumat vermişdik. Vətəndaşın bu istəyi “Facebook”un Azərbaycan seqmentinin tanınmış səhifələrindən olan “Cayxana TV”də paylaşılandan sonra, adının çəkilməsini istəməyən bir xeyriyyəçi Minayə anaya “Arçelik” marakalı təzə soyuducu göndərib. Soyuducu – jurnalistlər: Məhəmmədəli Qəribli, Samir Feyruzov və İSBAM sədri Samir Adıgözəllinin iştirakı ilə Minayə İmanovaya təqdim edilib. M.İmanova onun bu arzusunun reallaşmasında köməyi olan hər kəsə dərin minnətdarlığını bildirib. Azinforum.az həmin görüntüləri təqdim edir:

Həmçinin oxuyun

Samuxdakı fermerlər məmurların əlindən imdad diləyir – “Batırıq…” + VİDEO

Samux rayon Ağasbəyli kəndində fermer fəaliyyəti ilə məşğul olan Anar Qəribov adlı vətəndaş Azinforum.az saytına …