Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Manşet / Jurnalistin qeyri-peşəkarlığı , xalq yazıçısının isə bəyənilməyən davranışı…

Jurnalistin qeyri-peşəkarlığı , xalq yazıçısının isə bəyənilməyən davranışı…

Dünən Yazıçılar Birliyinin qurultayında xalq yazıçısı, dünya söhrətli dedektiv əsərlərin müəllifi Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə bir qədər obyektiv, yəni həmkar təəssübkeşliyindən uzaq aspektdən yanaşmağa çalışacam. Əvvala ondan başlayaq ki, jurnalist kimə necə gəldi, hansı tonda istədi sual ünvanlaya bilməz. Belə olan təqdirdə dünən seyr etdiyimiz xoşagəlməz mənzərə alınır.

Jurnalistin yazıçıya ünvanladığı sualın məzmununa baxaq: Burada 203 minlik nə var ki? Bu sualdan belə çıxır ki, jurnalist dolayısı ilə qurultay üçün ayrılan vəsaitin Yazıçılar Birliyi tərəfindən mənimsənildiyi ilə bağlı açıq iddia ortaya qoyur.

Bu ritorikada Çingiz Abdullayevi özündən çıxardı və o, qısa da olsa pulun nəyə xərcləndiyinə dair hesabat verdi. Jurnalistin həmin cavabla bağlı heç bir arqumenti olmadısa, deməli, sual janrında ortaya qoyduğu mənimsəmə iddiasını əsaslandıra bilməmiş sayıldı.

Bütün bunlara rəğmən , Çingiz Abdullayevin təhqir üslubunda seçdiyi cavab tonu ona heç cür haqq qazandıra bilməz. Təcrübəli bir adam kimi, Çingiz Abdullayev nəvəsi yaşda olan jurnalistə ironik tərzdə cavab verə bilərdi və heç kim bundan inciməzdi.

Məsələn, deyə bilərdi ki, redaktorunuz Tural Müseyibova deyərsiniz gələr yanıma, sənəd-sübudla nəyin hara xərclədiyi barədə ona hesabat verərəm. Bununla da məsələyə nöqtə qoyulardı. Bunu etməyib, ifrat təhqir yolunu seçibsə, yazıçıya yalnız- “Ayıb olsun”, deyə bilərik.

Gənc jurnalisti Çingiz Abdullayevə niyə adekvat cavab qaytarmamaqda təqsirli bilənlər də az deyil. Yaxşıki bunu etməyib. Onda yazıçının kobudluğu qalacaydı bir yana, hamı jurnalistin “tərbiyyəsizliyindən” danışacaqdı. Nəticədə onu dərhal işdən azad edəcəydilər, sonra da qalmaqallı bir adam kimi heç yerə işə götürməyəcəkdilər.

Siz elə bilirsiniz ki, indi işçinin dalında duran KİV rəhbərləri çoxdur? Hansısa tədbirdə işçisinin döydürüb , sonra ondan pul qazanan KİV rəhbərlərinə belə rast gəliriksə, nəyi qoyub, nəyi axtarırsınız?

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Vasif Talıbovun qardaşından AÇIQLAMA

Ötən gün bir sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı …