Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / JURNALİSTİKAMIZA YÖNƏLİK NÖVBƏTİ TƏXRİBAT – “Rus casusları”, “Reket.pro” indi də OCCRP-nin siyahısı…

JURNALİSTİKAMIZA YÖNƏLİK NÖVBƏTİ TƏXRİBAT – “Rus casusları”, “Reket.pro” indi də OCCRP-nin siyahısı…

Məlum olduğu kimi, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsi iddiası ilə çıxış edib.

Siyahıya nəzər saldıqda məlum olur ki, səslənən iddia reallığı əks etdirmir, hansısa məqsədlər üçün ortaya atılıb. Bununla heç də o iddiada deyiləm ki, ölkənin xüsusi xidmət orqanları hamını öz başına buraxıb.

Çünki yalnız Azərbaycanda deyil, dünyanın istənilən ölkəsinin xüsusi dövlət servisləri bu yöndə fəaliyyətlər həyata keçirirlər. Siyahının tərkibi çoxrəngdir.

Hakimiyyətə qarşı radikal müxalif mövqedə olan fəallarla yanaşı, işi – gücü hakimiyyətə yarınmaq, hətta məmnuniyyətlə kiminsə səsini gizli şəkildə yazıb lazımi yerlərə çatdırmağa hazır olan adamların adlarının bərabər çəkilməsi çoxlu suallar doğurur.

Maraqlıdır, hakimiyyət özünə işlətməyi bacardığı və dəfələrlə sadiqlik sınağından keçirdiyi şəxsləri niyə izləməkdə maraqlı olsun?

Məhz bu suala cavab tapmaq bizi bir qədər əvvəlki dönəmə nəzər salmağa vadar etdi. Bir neçə ay bundan əvvəl, müəyyən ara fasiləsilə məhz indikinə bənzər olan iki siyahı yayıldı. Yənə hədəf olaraq jurnalistlər seçilmişdi.

Siyahının biri “Rus kəşfiyyatına işləyən jurnalistlər” başlığı, digəri isə “Reket. Pro” adı ilə yayılmışdı. Birinci siyahıda güya rus kəşfiyyatına işləyən azərbaycanlı jurnalistlərin siyahısı verilirdi.

Sıralamada rusiyaya meyilliyi şübhə doğurmayan adamlarla yanaşı, milli, dövlətçilik mövqeyində olan jurnalistlərin də adlarına rast gəlinirdi. İkinci siyahıda isə güya jurnalistlərin “reket” fəaliyyəti “ifşa” edilirdi.

Yənə həmin ssenariydi. Həqiqətən “reketə” meyilli jurnalistlərin “ gözünə” peşəkar fəaliyyətlə məğul olanlar qatılmışdı.

Təbiddir ki, əvvəlki iki siyahının yayılması gözlənilən effekti vermədi. Çünki rəsmi dairələrin və ictimaiyyətin sərt təpkisinə tuş gəldi. Məqsəd aydınıydı. Azərbaycan dövlətilə milli jurnalistlər arasında nifaq toxumu səpmək, onlarda öz dövlətinə inamsızlıq yaratmağa hədəflənən bir fəaliyyətiydi.

Bu qənaətdəyəm ki, bundan əvvəlki hər iki siyahının yayılmasında Azərbaycanı istəməyən xarici qüvvələrin və onlara informasiya dəstəyi verən daxildəki destruktiv dairələrin tandem şəkilində böyük rolu olub.

OCCRP-nin təqdim etdiyi siyahı da əvvəlkilərdən heç nəyilə fərqlənmir. Sadəcə, bir qədər böyük hədəflərə hesablanıb. Əsas məqsəd aşağıdakılardan ibarətdir:

  1. “Azərbaycan hakimiyyəti ictimai fəalları dinləyir rəyini” yaratmaqla, ölkənin beynəlxalq imicinə ağır zərbə vurmaq.
  2. Hakimiyyətin özünə ram edə bildiyi sabiq müxalifətçilər arasında “ bizə hələ də inanmırlar” kimi şübhə toxumunu səpmək.
  3. Dinləmənin İsrailin “Pegasus” adlı proqramı vasitəsilə həyata keçirildiyini iddia etməklə, ölkəmizin ən yaxın strateji müttəfiqi olan ölkə barəsində cəmiyyətimizdə mənfi rəy formalaşdırmaq.

Sadalanan bütün məqsədlər birmənalı olaraq bizim düşmənimiz olan ermənilərin marağına hamıdan çox xidmət edir. Çünki 44 – günlük müharibədə biz onların və xaricdəki havadarlarının İsrailin Azərbaycana verdiyi hərbi-texniki dəstəkdən necə narahatlıq keçirdiyinin şahidi olduq.

Azərbaycanın əlaqədar dövlət qurunları bu təxribatla bağlı soyuqqanlı araşdırma aparmalıdır. Bundan əvvəl yayılan iki siyahı ilə OCCRP-nin son siyahısı arasında bir əlaqənin olması nəzərdən keçirilməlidir.

İctimaiyyət və xüsusilə də siyahıda adları olan şəxslər isə provakasiyaya getməməli, dövlətimizə yönəlik bu təxribata qarşı məntiqli mövqelərini ortaya qoymalıdırlar.

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …