Şənbə , İyun 3 2023
Ana səhifə / Manşet / Jurnalistdən sərt etiraz: “Sanki bunları məqsədli şəkildə belə bəsləyirlər ki…”

Jurnalistdən sərt etiraz: “Sanki bunları məqsədli şəkildə belə bəsləyirlər ki…”

Son illər ərzində Azərbaycanda sürətlə varlanan adamları araşdırsanız, maraqlı mənzərə üzə çıxacaq. Onların böyük əksəriyyəti büdcə pulunu talayan məmurlar və onların vasitəsilə biznesmen adı ilə “otkat” əməliyyatlarında iştirak edən həmin çevrələrin qohum-əqrabasıdır. Nəticədə talanan, cibinə girilən Azərbaycan vətəndaşıdır.

Büdcə pulları ilə əlaqəsi olmayan sırf bizneslə varlananlar da var. Bu kateqoriya ilə bağlı vəziyyət daha acınacaqlıdır. Mənim şəxsən tanıdığım 10-larla milyonçu adam var ki, adi yazıb-oxumağı belə bacarmır.

“Uğur hekayələrini” araşdırdıqda ya kriminal aləmlə bağlılıqları üzə çıxır, ya da kiməsə fırıldaq gələrək, sürətlə var – dövlətə sahibləndikləri bəlli olur.

Savadlı, qabiliyyətli, dürüst adamların böyük əksəriyyəti bu ölkədə kəskin ehtiyac içərisində yaşayır. Bu , bir qanunauyğunluğa çevrilibsə, deməli, həyacan təbili çalınmalıdır. Bunun səbəbləri araşdırılmallıdır. Belə anormallıqlar cəmiyyəti yaxşı yerə apara bilməz.

Öz sahəmizdən götürək. Harada savadsız, təhsilsiz, fırıldaq adam var onların rəhbərlik etdikləri saytlar qayğı ilə əhatə olunur. Bir yox, bir neçə yerdən maliyyələşmələri təmin edilir. Hətta adlarına QHT-lər açılaraq, oradan da dövlət büdcəsində maliyyələşmələrinə şərait yaradılır.

Bəyəm bu ölkədə istedadlı jurnalistlər yoxdur ki, siz qabiliyyətə deyil, həyasızlıq bacarığını inkişaf kriteriyası kimi götürürüb, belələrini cəmiyyətə nümunə olaraq təqdim edirsiniz? Sanki bunları məqsədli şəkildə belə bəsləyirlər ki, əsl jurnalistlər bu sahəni qoyub-qaçsın.

Bütün janrlarda yazıb-yarada bilən, dövlətçilik maraqlarını qoruyan, dişi- dırnağı ilə ortaya bir layihə qoymağı bacaran əksər jurnalistlər isə rəzil günə salınıb. Birilərini (qabiliyyətsizləri) sürətlə varlandırıb, digərlərinin ( qabiliyyətlilərinin) başından basmağa başqa nə ad vermək olar? Belə haqsızlıqları görən vətəndaş və ya jurnalist nə etməlidir?

Təbiidir ki, narazı elektoratın sırasına qatılmaqdan başqa çarəsi qalmır. Prezidentə sadiqlik, dekarativ cümlələr qurub, formalizm yaratmaq imitasiyası ilə ölçülmür. Hərə öz sahəsində ədaləti təmin etsə, bu, ən gözəl xidmət olar!

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

İranda həbs olunan Fəridin anası prezidentə müraciət etdi: “Fərid iki ölkə arasındakı konfiliktin qurbanı olub”

Səfərlinin anası Dilarə Əsgərova: “İranda casusluqda ittiham olunanların necə ağır cəzalandırıldıqlarını Fərid yaxşı bilir və …