Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Jurnalist xüsusi karantin qaydasını pozan vəkillə bağlı Anar Bağırova müraciət etdi- “Ölçü götürün…”

Jurnalist xüsusi karantin qaydasını pozan vəkillə bağlı Anar Bağırova müraciət etdi- “Ölçü götürün…”

Ötən gün, bəzi elektron media nümunələrində və sosial şəbəkələrdə ləğv edilmiş MTN-nin sabiq generalı Akif Covdarovun fotoları yayılıb. Qeyd edək ki, sabiq general Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı imzaladağı əfv fərmanı ilə azadlığa buraxılıb. Lakin 14 günlük karantin rejimini keçdiyi üçün, yalnız ötən gün evinə gedə bilib. Covdarovun təşkil etdiyi yeyib-içmək ziyafətində onun ailə üzvləri ilə yanaşı, Vəkillər Kollegiyasının üzvü, vəkil Kamandar Nəsibovun olduğu da görünür.

Adi vaxt olsaydı, burada hansısa qanun pozuntusu axtarmağa dəyməzdi. Ancaq ölkədə qüvvədə olan xüsusi karantin rejiminin qaydalarına hamının riayət etməsinin lazımlığı bizi bu mövzuya toxunmağa vadar edir. Fotodan görürük ki, Vəkillər Kollegiyasının üzvü qaydalara əməl etmir, başqasının evinə qonaq gedərək, ara məsafəsi saxlamadan, heç bir qoruyucu vasitələrdən istifadə etmədən, masanın başında oturub. Ən dəhşətlisi isə budur ki, həmin mənzərənin fotosunu çəkdirib, məqəsdli şəkildə mediaya və sosial şəbəkələrə ötürüblər. Bir növ karantinin pozulması təbliğ olunur.

Elə bu fotonun ictimailəşdiyi gün, cənab Prezident yenicə vəzifəyə təyin olunan İsmayıllının icra başçısına şiddətli töhmət verdi. Səbəb isə bu idi ki, icra başçısı karantin rejiminə riayət etməyib, rayonun turizm potensialını öyrənmək üçün, hansısa dağa çıxıb və ordan çəkilən fotoları ictimailəşdirib. Hesab edirəm ki, ölkə başçısı çox doğru qərar qəbul edib.

Çünki qanunun hamı üçün ali olmalıdır. Hörmətli Vəkillər Kollegiyasının sədri Anar Bağırov, indi növbə sizindir. Xahiş edirəm ki, etdiyi qanun pozuntusuna görə, vəkil Kamandar Nəsibovla bağlı lazımi ölçü götürəsiniz.

Məhəmmədəli QƏRİBLİ, Azinforum.az

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …