Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Manşet / “Jurnalist” məmurun əlindəki hansı gizli çəkilişdən ehtiyat edir? – Osman üçün çəmbər daralır…

“Jurnalist” məmurun əlindəki hansı gizli çəkilişdən ehtiyat edir? – Osman üçün çəmbər daralır…

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Mətbuat Şurasının yaydığı məlumata görə, toplantıda bir sıra KİV-lərin fəaliyyətilə bağlı edilən şikayətlərə baxılıb və müvafiq qərarlar çıxarılıb. İclasda müzakirəyə çıxarılan məsələlərdən biri də, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun təkrar olaraq “Demokratik.az” Xəbər Portalına qarşı şikayəti ilə bağlı olub. Şikayətçiyə məlumat verilib ki, “Demokratik.az” Xəbər Portalının adı MŞ İdarə Heyətinin qərarı ilə “qara siyahı”ya daxil edilib. Adları bu siyahıda olan KİV qurumlarından təkrar şikayətlər araşdırılmır.

Azinforum.az bildirir ki, Osman Nərimanoğlu adlı vətəndaşın rəhbərlik etdiyi “demokratik.az” saytı son vaxtlar vətəndaşları təhdid və şantaj etməklə yanaşı, həm də onların şərəf və ləyaqətini alçaldan, ləkələyən məqalələr yaymaq üzrə ixtisaslaşıb. Hazırda bu saytla bağlı bir neçə məhkəmə çəkişməsi var. Şikayətlərdən birinə Göygöl rayon Məhkəməsində baxılır. Əməkdar jurnalist Əhməd İsayev barəsində yazılan təhqir dolu məqalə ilə bağlı Osman Rzayevi məhkəməyə verib. Hazırda həmin iş üzrə linqvistik ekspertiza təyin edilib. Ekspertizanın rəyindən sonra , məhkəmə Osman Nərimanoğlunun cavabdeh kimi fəaliyyətilə bağlı yekun qərarını açıqlayacaq.

Tanınmış jurnalist, “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli də, Osman Nərimanoğlunun əməlləri nəticəsində – şantaja, təhqirə məruz qaldığı və sağlamlığına ağır zərbə vurulduğu üçün, hüquq-mühafizə orqanları və məhkəməyə müraciət edib.
Osman Nərimanoğlunun əməllərindən zərərçəkən şəxslərdən biri də, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Artıq o, “jurnalistin” əməlləri ilə bağlı ikinci dəfədir ki, Mətbuat Şurasına şikayət edir. Bildirilir ki, İlqar Məhərrəmovun Osman Nərimanoğlu ilə bağlı etdiyi şikayətlərdə olduqca ciddi məqamlar var və yəqin ki, onların araşdırılması hüquq-mühafizə orqanları səviyyəsində mümkün olacaq.

Qeyd edək ki, Osman Nərimanoğlu MŞ-ının son qərarını son dərəcə aqresiv qarşılayıb. Adının “reket” siyahısına salınmasından ciddi nəticə çıxarıb, fəaliyyətində dönüş yaratmaq əvəzinə, o, MŞ rəhbərliyini saxtakarlıqda təqsirləndirib, hətta onlarla ultimatum dilində danışıb. Adı MŞ-nın “qara siyahısı”na salınan “demokratik.az” saytının sahibi Osman Nərimanoğlunun cavab reaksiyasında səsləndirdiyi və saytı vasitəsilə tirajladığı fikirlərə diqqət edək:

”… Göründüyü kimi, Mətbuat Şurası tənqidimizə qarşı dözümsüzlük edərək, nöqsanlarını aradan qaldırmaq əvəzinə, növbəti dəfə saxta qərara qol çəkməklə bizə qarşı kinini, qərəzini yenidən ifadəedib. MŞ tarixində ilkə və NONSENSə gedib – “Demokratik.Az” saytı MŞ tərəfindən eyni gündə və eyni şikayət üzrə iki qərarla cəzalandırılıb… “Əhsən”! MŞ bunu da etdi – bir şikayətə iki saxta qərar, özü də eyni günə…
İnanaq ki, Mətbuat Şurasının bu savadsızlığına tezliklə bir aydınlıq gətiriləcək. Ya “reket”çilik qərarı, ya da “ciddi xəbərdarlıq” qərarlarından birini özləri geri çəkəcək…”

Göründüyü kimi, Osman Nərimanoğlunun saytının “reket” siyahısına salınmasına başlıca səbəblərdən biri Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun onun barəsində bir neçə dəfə MŞ-ya şikayət ünvanlaması olub. Belə olan təqdirdə, ortaya maraqlı sual çıxır: Osman Nərimanoğlu bir idarə müdirinə nə edib ki, həmin adam “jurnalist” barəsində belə silsilə şikayətlər etməyə məcbur olur? Azinforum.az bu istiqamətdə araşdırma aparıb. Məlum olub ki, Osman Nərimanoğlunun məhz İlqar Məhərrəmovu  hədəf seçib şantaj etməsinin arxasında ciddi mətləblər var. Osman Nərimanoğluna məxsus olan və adı hazırda MŞ-nın “qara siyahı”sına salınan sayt üzərində apardığımız araşdırma nəticəsində məlum oldu ki, idarə müdiri uzun müddət ərzində “demokratik.az”-ın hədəfində olub. Bizə Osman Nərimanoğlunun İlqar Məmmədova qarşı niyə belə qərəzli olmasının səbəbləri kiçik detallarına kimi məlumdur. Bu barədə daha ətraflı məlumat verəcəyik. Osman Nərimanoğlu bu yaxınlarda özü-özündən götürdüyü və “reket” elan olunduğu saytında yaydığı müsahibəsində İlqar Məhərrəmovla  bağlı bəzi məqamlara toxunub:

“İndi məni qınayanlar var ki, o maşın alverçisini tanımırdınmı? (İdarə müdiri İlqar Məmmədovu nəzərdə tutur – Azinforum.az). Deyirəm, o müdir olmayanda da mənə salam verib, dostum olub. Övladlarıma kiçik toy eləmişəm, İlqarMəhərrəmovu toya çağırmışam. Qızının toyu olub, toya dəvət almışam. Adamın jurnalistlərlə problemi olub, həll etmişəm.
“Respublika” qəzetində adına yazılar yazıb dərc etdirmişəm. Tədbirləri -“melioratorlar günü” təbrik edib, süfrəsində, yanında əyləşmişəm.
Çoxsaylı xoşməramlı yazılar dərc etmişəm, müsahibələrini almışam. Nə biləydim ki, otağında yerləşdirdiyi gizli kamera ilə dostunun gəlişini, saatlarla görüşünü lentə alan bir adam indi məni “reket”çilikdə, özünə düşmənçilikdə suçlayacaq? Nə olub ki, yazı yazıb onun şəxsi maraqlarına toxunmuşam, xətrinə dəymişəm. Xaraktercə, dostlarıma və ictimaiyyətə həmişə açığam. Heç bir əməlimi gizlətməyə maraqlı deyiləm. Dostlarımın kim olmasından, var-dövlətindən asılı olmayaraq, kimsədən pul istəməyə üzüm olmayıb, hələ təhdidlə heç… Əgər, sözügedən məmurda mənim ona qarşı hədə-qorxu ilə pul tələbim, məni şantaj etməyə çalışdığı hansısa videogörüntülərdə “reket”çilik əməlim barədə hallar mövcuddursa, mütləq hüquq mühafizə orqanlarına müraciət etsin. Bunu özüm istəyirəm. Mən istənilən əməllərimə görə cavab verməyə, cəza çəkməyə hazıram. Yoxsa, mənim peşə fəaliyyətimə əngəl olaraq, şəxsimə qarşı belə şantaja keçməsinlər, bu
yolla mənə “SUS!” deməsinlər. Həm də aydın olsun ki, məni və ailəmi Göygöl İHB-nin başçısı Arif Seyidova düşmən təqdim edən bir müdir
otağında sabiq prokurorun və başqalarının əlehinə nələr danışıb, hansı məlumatların mənbəyi məhz o olub. Hansı danoslar ötürüb məmur, dostu Osman Nərimanoğluna… MŞ-nin bunları diqqətə almadan bu tipli məmuru mənə qarşı oynatdığını isə ehtimal etmirəm”.

Göründüyü kimi, Osman Nərimanoğlu idarə müdirinin əlində onunla bağlı hansısa kasetin olmasından bəhs edərək, şikayətçini qabaqlamaq istəyir. Hətta onu açıq-açığına güya kimlərləsə barədə kompromatlar ötürməkdə günahlandırır. Təbiidir ki, bu cür ənənəvi taktikası ilə o, İlqar Məmmədovu susdurmağa çalışır. Azinforum.az-ın əldə etdiyi məlumata görə, İlqar Məmmədovun əlində Osman Nərimanoğlunun jurnalist adı ilə bir məmura qarşı hədə gəldiyini sübut edə biləcək ciddi dəlillər mövcuddur. Hətta MŞ-nın sonuncu iclasına təqdim etdiyi şikayətdə həmin detallar barədə ətraflı bəhs olunacağı gözlənilirmiş. Sadəcə, MŞ-nın daxili nizamnaməsi “reket” KİV-lər barədə araşdırma aparmağa imkan vermədiyi üçün, həmin faktlar hələlik baxılmamış saxlanılıb.

Azinforum.az MŞ-nın son qərarı ilə bağlı  O. Nərimanoğlunun səsləndirdiyi iddialara aydınlıq gətirmək üçün, qurumun icraçı direktoru Şəmsəddin Əliyevlə əlaqə saxlayıb. İcraçı direktor bildirib ki, MŞ-da bütün qərarlar kollegial formada qəbul edilir:

“ Ola bilər ki, qurumun qəbul etdiyi qərar kiminsə ürəyincə olmasın. Məhz buna görə də, bizim qərarlarımızın obyektivliyinə müxtəlif böhtanlarla kölgə salmaq istəyirlər. Sizin dediyiniz sayta iki dəfə ciddi xəbərdarlıq ediləndən sonra, o, fəaliyyətində dönüş yaratmayıb, köhnə əməllərini davam etdirib. Buna görə də, “demokratik.az”-ın adının “qara siyahı”ya salınması barədə qərar qəbul edilib”.

Şəmsəddin Əliyev həmçinin Osman Nərimanoğlu ilə bağlı olunan şikayətlərdəki bəzi deatalların araşdırılmasının onların səlahiyyətlərindən kənar olduğu üçün, həmin materialları hüquq- mühafizə orqanlarına göndərə biləcəklərini də istisna etmədi.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan XİN rəhbərləri həmsədrlərlə görüşəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab …