Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Jurnalist Gunay Arda Əlincəqaladan hansı mesajları verdi?- VİDEO

Jurnalist Gunay Arda Əlincəqaladan hansı mesajları verdi?- VİDEO

Femida.az xəbər saytının redaktoru, Azərbaycan Televiziyasının kinoproqramlar və dublyaj redaksiyasının redaktoru Günay Arda yerli və xarici media nümayəndələrinin Əlincəqalaya təşkil olunan səfərində iştirak edib və Naxçıvan Dövlət Televiziyasına açıqlama verib. Xanım jurnalist bildirib ki, Naxçıvan ənənələrinə sadiq qalan, əsl Azərbaycançılığın nəfəsinin duyluduğu bir diyardır: ” Tariximizi, ənənələrimizi belə qoruyub saxlamaq hər yerdə mümkün deyil. Naxçıvanın yerləşdiyi strateji nöqtəni nəzərə alanda təhlükəsizliyi qorumaq hər kəsin bacaracağı iş deyil. Mən deyərdim, Naxçıvan dahi Nizami Gəncəvinin əsərlərində tanış olduğumuz utopik cəmiyyətdir. Naxçıvanda bir çox yeri gəzmişik. Bu gün Cəmşid Naxçıvanski Muzeyində olduq. Elə zənn etdim ki, Naxçıvanskinin özü oradadır. Onun ruhunu o qədər qoruyub saxlaya biliblər ki, muzey təsiri bağışlamır, sanki Naxçıvanski zamanındasan, onunla üzbəüz dayanmısan. Naxçıvana bir neçə dəfə gəlmişəm. Ancaq, bu gəzintim xüsusilə seçildi. Qədim diyarın bir sıra gəzməli-görməli yerlərində olduq. Bu yerlərdə hər sahədə infrastruktur o qədər inkişaf edib ki, nümunə model kimi başqa bölgələrimizə də onu tətbiq etmək lazımdır. Əshabi-Kəhfə, Batabata getdik, Arpaçayı gördüm, şəhərin mərkəzini gəzdik, indi isə məğlubedilməz Əlincədəyik.

Naxçıvan turizm üçün geniş imkanlara sahibdir. Turizm perspektivini nəzərə alsaq mən deyərdim, Naxçıvan Azərbaycanın gözüdür. Qədim tarixi ilə dünyada tanınan Gəmiqaya abidəsi, Nuh türbəsi, Əshabi-Kəhf və digər bu kimi mədəni nümunələr bir dəyərdir. Naxçıvanda bu dəyərlər qorunub saxlanılır, yaşadılır. Biz jurnalistlər də bütün bunları layiqincə təbliğ etməli, Naxçıvan kimi sözün əsl mənasında mədəniyyətin, qədim tarixin beşiyi olan bu məkanı bütün dünyaya nümunə kimi göstərməliyik. Bir gün Naxçıvan haqqında sənədli film çəkilsə, bu film Hüseyn Cavidin türbəsindən başlayıb, Əlincədə bitəcək “.

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …