Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Manşet / Jurnalist Elçin Əfəndiyevin hərəkətini pislədi-VİDEO

Jurnalist Elçin Əfəndiyevin hərəkətini pislədi-VİDEO

Tanınmış jurnalist Məhəmmədəli Qəribli özünün FB səhifəsində maraqlı status paylaşıb. Azinforum.az mövzunun aktuallığını nəzərə alaraq, həmin statusu olduğu kimi təqdim edir:

“…Mərhum aktrisa Amaliya Pənahova ilə vida mərasimində xalq artisti Flora Kərimova ilə Baş nazirin sabiq müavini Elçin Əfəndiyev arasında qalmaqal yaşanıb. Mübahisəyə səbəb Flora Kərimovanın gəlib Elçin Əfəndiyevin yanında əyləşməsi olub. Sən demə, həmin yerdə mədəniyyət naziri Əbülfəs Qarayev oturubmuş, sadəcə, çıxış etməyə qalxdığı üçün, Flora xanım oranı boş görüb və gəlib əyləşib. Elçin Əfəndiyev də özünü “öldürüb” ki, bəs qalx, bura nazirin yeridir. Flora xanım da qalxmayıb. Əminəm ki, Flora xanım həmin yerdən nazirin qalxıb çıxış etməyə getdiyini görsəydi, heç əyləşməzdi.

Tədbirə gecikdiyi üçün, boş yer görüb və gəlib oturub. Burda nə var ki? Axı, Elçin Əfəndiyev buna görə niyə özünü “öldürürdü”? Əvvəla, Flora xanım küçədən keçən biri deyil ki, onu oturduğu yerdən qaldırmağa israr edəsən. Xalqımızn ürəyinə yol tapmış azsaylı, həqiqi Xalq Artistlərimizdəndir. İkincisi, kifayət qədər ömür yolu keçmiş, yaşlı xanımdı. Mənim təəccübümə səbəb olan isə Elçin Əfəndiyevin hadisədən sonra mediaya verdiyi açıqlaması oldu. Deyib ki, Flora xanım o hərəkəti etməklə protokol qaydalarını pozub.

Başa düşmədim, Elçin Əfəndiyev artıq Baş nazirin müavini deyilsə, nazirin və Komitə rəhbərlərinin yanında əyləşməsi bəyəm protokol qaydalarına uyğundur? Söhbət xalqa, Vətənə xidmətdən gedirsə Flora xanımın bu yöndəki fəaliyyəti heç də Elçin Əfəndiyevdən az olmayıb. İnanmırsınızsa , gəlin xalq arasında sadə bir sorğu edək və görək – Elçin Əfəndiyev çox sevilir, yoxsa Flora xanım?
Bu anda yadıma yaxşı bir rus atalar misalı düşdü: “Не место украшает человека, а человек украшает место”.

Azinforum.az

Həmçinin oxuyun

“AYPARA” VƏ YA “QURD QAPANI” TAKTİKASI… – Ordumuzun düşməni məhv etdiyi strategiyasının sirri nədir?

Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı uğurla geri qaytarır. Artıq bir neçə rayon, onlarla kənd …